MARAQLI Saçlarınızı uzatmağın asan yolları - xardal tozu, zeytun...

06 Eylül 2022
2 390
0
MARAQLI Saçlarınızı uzatmağın asan yolları - xardal tozu, zeytun...
Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır.

Feat.Az
, saçlarınızın tez uzanmasına kömək olacaq üsulları təqdim edir:

1-ci üsul - Bu siyahıya xardal maskası aiddir. Xardal dərini isidərək, "yandıran" hiss yaradır və saç soğanağına qan axınını təmin edir.

İstifadəsi: xardal tozu su ilə qarışdırılıb, saç diqbərinə sürtülüb, duş papağı ilə bağlanıb, saçda 15 dəqiqədən 40 dəqiqəyə qədər saxlanıla bilir. Bu maskaya həmçinin yumurta sarısı və yağ əlavə etmək olar. Bu maskanı həftədə 1-2 dəfə olmaqla, bir ay ərzində etmək lazımdır. Sonradan 6 ay ara vermək məsləhət görülür.

2-ci üsul - zeytun və gənəgərçək yağı saçların möhkəmlənməsi və onların uzadılması üçün xeyirli olan xüsusiyyətləri ilə hamıya tanışdır. Bu yağları saçların dibində uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq və 30 dəqiqəə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınız hər yuduqda bu maskanı istifadə etsəniz, nəticəni görəcəksiniz.

3-cü üsul
- uzun saçlar istəyirsinizsə, o zaman rasionunuza bu vitaminləri əlavə edin:

- B qrup vitaminləri (B3, B5, B6) saçların sağlamlığı üçün əvəzolunmazdır.

- Biotin - onun azlığı saç tökülməsinə səbəb olur.

- İnozit maddəsi saçların inkişafı üçün mütləqdir. Buğda, qoz, portağal və yemişin tərkibində vardır.

- C vitamini baş dərisinin qan dövranını yaxşıılaşdırır və saç folikuluna kömək edir.

- E vitamini baş dərisinin oksigenlə zənginləşməsinə, qan dövranının güclənməsinə səbəb olur.

- Sink, saçların uzanmasına səbəb olur və immun qorumanı təmin edir.

4-cü üsul - saçların uzanması üçün enerji tələb olunur. Saç folikkulları isə bu enerjini orqanizmdən aldığına görə, uzun və sağlam saçlara sahib olmaq istəyənlər balanslaşdırılmış qida rasionuna fikir verməlidirlər. Bu qida rasionunun əsasını isə zülal təşkil edir. Bu o deməkdir ki, gündəlik qida rasionunuza: ət, balıq, yumurta, yoqurt, süd və qoz daxil olunmalıdır.

5-ci üsul - mütləq olaraq, şampun, balzam, maska və saç qulluğu üçün istifadə olunan vasitələri baş dərinizin tipinə uyğun seçin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.