Ayaqlarına maz (krem) sürtmüş şəxs necə dəstəmaz almalıdır?

08 Ağustos 2018
1 196
0
Ayaqlarına maz (krem) sürtmüş şəxs necə dəstəmaz almalıdır?
Dəstəmaz alınan zaman sifət və dirsəkdən aşağı əllər yuyulur, başın ön hissəsinə və ayaqların üzərinə məsh çəkilir. Həmin bədən üzvlərinin su ilə təmasına mane olan hər hansı vasitə arada qaldırılmalıdır. Belə ki, sifətdə və dirsəkdən aşağı əllərdə dərinin islanmasına əngəl törədən heç bir maneə olmamalıdır, əgər xırdaca bir maneə də olsa, dəstəmaz batildir.

Feat.Az
islam.az-a istinadən bildirir ki, başın ön hissəsində və ayaqların üzərində də məsh üçün kifayət edəcək ölçüdə maneəsiz sahə olmalıdır və bu hissələr əldəki nəmliklə islanmalıdır. Ayağının üzərinə krem sürtmüş şəxs dəstəmazdan qabaq məsh üçün kifayət edəcək qədər sahəni kremdən təmizləməli və həmin hissəyə məsh çəkməlidir. Ayağın üzündə barmaqların ucundan dik sümüyə kimi uzunluqda və ən azı üç barmaq enində sahəni təmizləyib məsh çəksə, kifayət edər. Dəstəmaz aldıqdan sonra yenidən həmin yerə krem çəkmək olar, kremin tərkibində nəcis maddə yoxdursa, ayağı kremli halda namaz qılmaq da izacəlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.