Qorxmayın, yeyin, kökəltmir! » Feat.Az Sekiller, Xeberler, Yazili

Qorxmayın, yeyin, kökəltmir!

04 noyabr 2018
235
0
Qorxmayın, yeyin, kökəltmir!
Tələbələrin və uşaqların ən sevimli yeməyi olan makaronun bilmədiyiniz faydaları var.
Buğdadan əldə edilmiş manna yarması, su və bəzi ləvazimatların qarışdırılması ilə müxtəlif formalarda hazırlanan makaron vitamin və minerallar baxımından zəngindir.


Xəmir qidaları sırasında əhəmiyyətinə və faydasına görə çörəkdən sonra ikinci yerdə gəlir.

Keyfiyyətli, quru, bişməmiş makaronun rəngi qızılı rəgdə olmalı və qıranda quru ani bir səs çıxarmalıdır.

Vitamin və minerallar baxımından çox zəngin bir qidadır. A, B1, B2, dəmir, kalsium, fosfor, potasium, proteinlə zəngindir. Yağsızdır. Tərkibində çox az yağ komponentləri və linoleik yağ turşusu olduğundan xolestrolu aşağı salacaq təsirə malikdir.

Makaronun tərkibindəki karbohidratlar qana yavaş qarışdığından insanı tox tutar. Maddələr mübadiləsi zamanı dərhal enerjiyə çevrilər.

Təcili enerjiyə ehtiyac duyan idmançı, sənətçi, fiziki gücə ehtiyac duyan insanlar üçün makaron əsl enerji mənbəyidir.

Həm çox doydurucudur, həm də vitamin və minerallarla zəngindir.

Deyilənlərin əksi olaraq, makaron çox kökəltmir.

Şəkər və ürək xəstəliklərinə yoluxma riskini azaldır.

İtalyanlar ildə adambaşına 30 kilo makaron yeyirlər.

Makaronu qiymə, pendir, tərəvəz, göbələk kimi qidalarla bişirə bilərsiniz.
Şərh Yaz