İntihara qədər aparan "təmizlik xəstəliyi"

07 sentyabr 2019
203
0
İntihara qədər aparan "təmizlik xəstəliyi"
Bəzi insanlar təmizlik işlərini bitirdikdən sonra da onlara elə gəlir ki, hələ də harasa kirli, mikroblu qalıb. Hətta tam təmizlənməsindən əmin olmadıqları üçün paltarları dəfələrlə yumağa çalışırlar. Onların bu cür düşünmələri artıq xəstəlik əlaməti sayılır və tibdə buna "opsessiv pozuntu" deyilir. Bəs bu xəstəlik nədir?

Həkimlərin sözlərinə görə, bu hal ifratın psixi pozuntuya dönən formasıdır. Unutmaq olmaz ki, təmizkar olmaqla xəstə olmaq fərqli anlayışlardır. Təmizlik sevənlərin hamısını xəstə adlandırmaq olmaz. Tibdə bildirilir ki, təmizlik şəxsin gündəlik sosial ictimai həyatına mane olursa, bu artıq xəstəlikdir.

Xəstəliyin əlamətləri hansılardı?


Əgər şəxs dayanmadan əlini yumağa ehtiyac görürsə, şübhələnməyə əsaslar yaranır. Bundan başqa, həftədə 4-5 dəfə yuyunan və hamam otağında 2-3 saat vaxt keçirən insanlar da narahat olmalıdırlar.

Belə xəstələrin əksəriyyəti evə gələn kimi üzərilərindəki paltarı yumaq ehtiyacı duyur, onu digər geyimlərdən kənarda tutmağa çalışırlar. Bu cür insanlar qonaq sevmirlər. Hesab edirlər ki, evə gələn qonaq üzərində çirk, mikrob gətirəcək. Ətrafınızda ev əşyalarını, telefonlarını, çantalarını tez-tez təmizləyən şəxslərlə qarşılaşırsınızsa, demək narahatlığa əsas var.

Bəs bu xəstəlik necə yaranır?


Araşdırmalara görə, bir neçə səbəb var ki, bunun da əsasında uşaq vaxtı valideynlərdən gələn reaksiyalar dayanır. Müəyyən edilib ki, bu insanların əksəriyyətinin analarının təmizliklə bağlı narahatlığı olub və ya atalarının sərt təmizlik tələbləri ilə rastlaşıb. Uşaq danlamaqdan qorxduğu üçün təmizlədiyi yeri bir daha təmizləyər və əllərini dəfələrlə yumağa çalışar. Bundan başqa, psixoloji pozğunluğu olan, asosial insanlar arasında da bu xəstəlik geniş yayılıb.

Xəstələr arasında qadınlar, yoxsa kişilər daha çoxdur?


Araşdırmalara görə, "təmizlik xəstələri" arasında qadınlar çoxdur. Bunun səbəbi odur ki, təmizlik işləri ilə, əsasən, qadınlar məşğul olurlar. Kişi xəstələr arasında isə ən çox "hamıya, hər şeyə nəzarət etmə" kimi narahatlığı olanlar üstünlük təşkil edir.

Xəstəlik vaxtında müalicə olunmazsa, bir çox sosial problemə yol açır. Bu tip insanların əksəriyyəti boşanır, sosial çevrələrini tamamilə bitirməyə çalışır, artıq işə getmək istəmir, hətta övladları ilə evdən kənarda zaman keçirməkdən qorxurlar.

Belələri əllərini o qədər yuyur, evi o qədər kimyəvi maddələrlə təmizləməyə çalışırlar ki, artıq dərilərində xəstəliklər yaranır. Eyni zamanda depressiya, intihar riski kimi psixoloji problemləri olur.

Bu xəstəliyin müalicəsi varmı?


Opsessiv pozuntunun 3 forması var - yüngül, orta və ağır. Həkimlər xüsusi testlər vasitəsilə xəstəliyin hansı dərəcədə olduğunu müəyyən edə bilirlər.

Yüngül dərəcəli xəstələri davranış terapiyası ilə müalicə etmək mümkündür.

Orta və ağır xəstələrə isə psixoterapiya ilə bərabər dərman terapiyası da tətbiq edilir.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Həyatdan Yazılı Şəkilləri 2019 (29)
21:00
498

Həyatdan Yazılı Şəkilləri 2019 (29)

18.09.2019 Gündəlik Bürclər (18 Sentyabr 2019 Günlük Bürclər)
20:00
1 194

18.09.2019 Gündəlik Bürclər (18 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (265)
19:00
532

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (265)

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (46)
18:00
681

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (46)

Tez yuxuya getmək üçün bunları edin
17:00
143

Tez yuxuya getmək üçün bunları edin

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
188

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Ümidim Yazılı Şəkilləri 2019 (19)
15:00
600

Ümidim Yazılı Şəkilləri 2019 (19)

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb
14:00
80

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb

Bürclər Haqqında Maraqlı Məlumatlar (590) - Fotolar
13:00
339

Bürclər Haqqında Maraqlı Məlumatlar (590) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ