Arterial təzyiqin yüksəlməsinin səbəbləri

17 Ekim 2019
150
0
Arterial təzyiqin yüksəlməsinin səbəbləri
Arterial təzyiqin yüksək olmasından Yer kürəsi əhalisinin 30-40%-i əziyyət çəkir.Təzyiqinin yüksək olmasını bilənlərin ancaq yarısı müalicə alır.
Hipertoniya xəstəliyinin əmələ gəlməsinə müxtəlif faktorlar səbəb ola bilir:
- irsi quruluş xüsusiyyətləri
- kəskin və ya xroniki psixi-əsəb sarsıntıları
- xroniki strsslər
- diqqətin,gözün daim gərginlikdə olması
- uzun illər səs-küyün içərisində işləmək
- uzun müddət duzlu qidaların istifadəsi
- kalsium çatışmazlığı
- beyinin hipotalamik quruluşunun yaşla əlaqədar dəyişməsi
- kəllə-beyin travmaları
- zərərli maddələrin intoksikasiyası
- yağ-piy mübadiləsinin pozulması
Təzyiqin yüksəlməsinin inkişafına aşağıdakılar da səbəb ola bilir:
- periferik damarların spazmı və periferik müqavimətin artması
- ürək fəaliyyətinin həddindən çox artması
- böyrək damarlarının spazmı nəticəsində əmələ gələn işemiya
Arterial təzyiqdən əziyyət çəkən xəstələrin daima təzyiqlərini nəzarət altında saxlamaları vacibdir.Təzyiq ölçülən zaman bəzi qaydalara əməl etmək lazımdır:
- xəstə stola rahat oturmalıdır
- qolu sıxan paltar geyilməməlidir
- müayinədən 1 saat əvvəl kofe içmək olmaz
- burun və göz damcıları daxil olmaqla simptomimetiklər qəbul etmək olmaz
- bəzən hər iki qolda təzyiq ölçülməlidir
Arterial təzyiq uzun müddət normadan artıq olarsa xəstəlrdə bəzi ağırlaşmalara səbəb ola bilir:
* hipertenziv krizlər
* bədxassəli arterial təzyiq sindromu
* hemoragik insult
* nefrosklerozlar və xroniki böyrək çatışmazlığı
* hipertenziv ürək və ürək çatışmazlığı
Təzyiqin həddən artıq yüksək olması xəstəliyin bədxassəli forması sayılır.Bu uzun müddət davam etdikdə aşağıdakı əlamətlər meydana çıxır:
- hipertenziv ensofalopatiya əlamətləri
- böyrəklərin funksiyasının pozulması
- sol mədəcik çatışmazlığı
- aterosklerozun ağırlaşması
Hipertoniya xəstəliyi zamanı müalicə proqramı aşağıdakılardan ibarətdir:
1.Mənfi psixo-emosional və psixo-sosial sterss vəziyyətlərdən uzaq durmaq lazımdır.
2.Əvvəlcə dərmansız müalicə üsullarından istifadə edilməlidir.
3.Medikamentoz hipertenziv müalicədən istifadə etmək.
4.Serebral qan dövranını yaxşılaşdırmaq,
5.Təzyiqin əmələ gətirdiyi ağırlaşmaların müalicəsi
6.Eksrakorporal terapiya
7.Sanatoriya-kurort müalicəsi
Təzyiq xəstəliyinin əlamətlərinin ilkin dövrlərində xəstələr dərmansız müalicədən istifadə etsələr daha yaxşı olar. Bundan başqa xəstələr xörək duzunu azaltmalı,karbohidrat və yağ mübadiləsinin daha çox pozulmaması üçün qida rasionuna diqqətlə yanaşmalı,həyat fəaliyyətini yaxşılaşdırmalı,spirtli içkilərdən və zərərli vərdişlərdən uzaq durmalıdır.
Nəzərinizə çatdırmaq istəyirəm ki,normal arterial təzyiq 80-120 mm civə sütunu hesab edilir
Əvvəlki Xəbər Növbəti Xəbər
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Psixologiya Yazılı Şəkilləri 2019 (12)
17:00
0

Psixologiya Yazılı Şəkilləri 2019 (12)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
0

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Gün girməyən evə həkim girər - Azərbaycan əhalisinin gün düşməyən otaq sevgisi
15:00
29

Gün girməyən evə həkim girər - Azərbaycan əhalisinin gün düşməyən otaq sevgisi

Sənmən Yazılı Şəkillər 2019 (16)
14:00
213

Sənmən Yazılı Şəkillər 2019 (16)

Bürclərin səni həqiqətən sevdiyini necə bilərsən - Foto
13:00
160

Bürclərin səni həqiqətən sevdiyini necə bilərsən - Foto

Ürək xəstəliklərinin bir nömrəli dərmanı
12:00
34

Ürək xəstəliklərinin bir nömrəli dərmanı

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)
11:00
264

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)

“Kivi” Çizkeyki Resepti
10:00
50

“Kivi” Çizkeyki Resepti

Tarixdə Bu Gün - 22 Noyabr
09:00
43

Tarixdə Bu Gün - 22 Noyabr

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ