Turşu məhsullarını hansı halda yemək olmaz?

08 Ekim 2019
112
0
Turşu məhsullarını hansı halda yemək olmaz?
Havalar soyuduqca, qış mövsümü yaxınlaşdıqca insanlar süfrələrdə turşu məhsullarından istifadə etməyə başlayırlar. Lakin bəzən bu turşu məhsulları zəhərlənmələrə, hətta ölümlərə də səbəb olur.

Feat.Az
bildirir ki, tibb üzrə ekspert, professor Adil Qeybullanın dediyinə görə, bütün konservləşmiş məhsullar texniki standartlara uyğun olmadığı halda zəhərlənməyə səbəb ola bilər:

"Bu hallar əsasən bağlı qablardakı turşuları yeyəndə baş verir. Botulizm botulatoksin ifraz edir ki, bu da turşuya qarışır və zəhərlənməyə səbəb olur. Hətta bəzi hallarda bu zəhərlənmə ölümə də səbəb ola bilər. Turşunun qapağı bağlanan zaman orada anaerob, yəni oksigensiz mühit yaranır. Açıq turşularda heç vaxt botulizm ola bilməz. Buna görə də xüsusilə ev şəraitində hazırlanmış konservləşmiş məhsullara diqqət edilməlidir".

Həkim turşunun zəhərli olmasını göstərən halları da qeyd edib: "Əgər turşunun qoyulduğu balonun qapağı şişib, suyu bulanıb, dadı da dəyişibsə, bu halda həmin turşu və ya konservləşmiş hər hansı məhsul ciddi zəhərlənməyə səbəb ola bilər. Yəni bu hallar aşkarlanarsa, qəti şəkildə həmin qidadan yemək olmaz. Amma təəssüf ki, bəzən insanlar bunun fərqinə varmır və çox ciddi problemlərlə üzləşir. Hətta təkcə ev şəraitində deyil, fabrik istehsalı olan məhsullarda da belə hallar aşkarlanarsa, həmin qidadan istifadə etmək çox təhlükəlidir".

A.Qeybulla bildirib ki, gigiyenik qaydalara əməl olunmayan zaman da turşular zəhərlənməyə səbəb ola bilər: "Bazarlarda plastik qablarda satılan turşular da zəhərlənməyə səbəb ola bilər. Plastik qabın bir neçə dəfə istifadə edilməsi, turşunun tərkibində olan maddənin qabın tərkibində olan zəhərli maddəyə qarışması zəhərlənməyə səbəb olur".

Qeyd edək ki, dünən Şirvan şəhərində 1992-ci il təvəllüdlü Fətullayev Əli Əlisəfa oğlu sirkəyə qoyulmuş turşu yeyərkən zəhərlənib. Vəziyyəti ağırlaşdığından o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Mənbə:axar.az

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (64)
21:00
574

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (64)

24.10.2019 Gündəlik Bürclər (24 Oktyabr 2019 Günlük Bürclər)
20:00
1 975

24.10.2019 Gündəlik Bürclər (24 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (299)
19:00
538

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (299)

Sevdiyim Yazılı Şəkillər 2019 (86)
18:00
653

Sevdiyim Yazılı Şəkillər 2019 (86)

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...
17:00
70

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
276

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (37)
15:00
601

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (37)

Dadı acı olsa da...
14:00
114

Dadı acı olsa da...

Bürclərin Əsas Özəllikləri Nələrdir - Fotolar
13:00
360

Bürclərin Əsas Özəllikləri Nələrdir - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ