Duz və şəkərdən qədərindən çox istifadə edilməsi bir sıra xəstəliklərə səbəb olur

02 Aralık 2019
105
0
Duz və şəkərdən qədərindən çox istifadə edilməsi bir sıra xəstəliklərə səbəb olur
Gündəlik həyatda qədərində istifadə edilən duz və şəkər orqanizm üçün vacibdir. Lakin həmin məhsullardan çox istifadə olunması isə kifayət qədər ciddi xəstəliklərin başlanğıcı ola bilər.

Feat.Az bildirir ki, рəkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi məlumata görə, qidalanma zamanı qəbul edilən ərzaqların əksəriyyətinin tərkibində duz var. Bununla yanaşı hazırlanan xörək və salatlara duz əlavə etmək sağlamlıq üçün problemlər yaradır: "Duzun çox qəbul edilməsi bir sıra xəstəliklərin yaranmasına rəvac verir. Bu zaman qan təzyiqi yüksəlir, mədə qıcıqlanır. Duzlu qidaların həddindən çox qəbul edilməsi isə artrit, revmatizm, dermatit, ekzema kimi xəstəliklərin yaranmasına aparıb çıxarır".

Onun dediyinə görə, uzun müddət şəkərdən istifadə etmək nevroloji problemlərə səbəb olur, onun qavrama qabiliyyəti və yaddaşı zəiflətdiyi mütəxəssislər tərəfindən təsdiq olunub: "Son illər piylənmənin iki dəfə artmasının bir səbəbi də "ağ ölüm" adlandırılan şəkər və duzun normadan artıq qəbul edilməsidir. Şəkər tərkibli qidalar qanda şəkəri artıraraq şəkərli diabet və ürək-damar xəstəliklərinə səbəb olur. Əksər insanların sevimli qidası olan şirniyyatlar, kofe və şokolad mütəmadi şəkildə istifadə edildikdə tam həzm olmur, qaraciyərin piylənməsinə və dişlərin çürüməsinə aparıb çıxarır".
Əvvəlki Xəbər Növbəti Xəbər

ƏN SON XƏBƏRLƏR

HAMISI
Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ
00:30
104

Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

Siçan ili kimin üzünə GÜLƏCƏK? - İlin sonuna qədər bürclər nələri başa çatdırmalıdır?
00:08
131

Siçan ili kimin üzünə GÜLƏCƏK? - İlin sonuna qədər bürclər nələri başa çatdırmalıdır?

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (346)
21:00
485

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (346)

12.12.2019 Gündəlik Bürclər (12 Dekabr 2019)
20:00
2 105

12.12.2019 Gündəlik Bürclər (12 Dekabr 2019)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (346)
19:00
645

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (346)

2020 Yeni il Şəkilləri (11)
18:30
290

2020 Yeni il Şəkilləri (11)

Dodaq boyanıza görə xarakterinizi analiz edin - Test
18:00
180

Dodaq boyanıza görə xarakterinizi analiz edin - Test

Qığılcım Yazılı Şəkillər 2020 (104)
17:00
486

Qığılcım Yazılı Şəkillər 2020 (104)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
180

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ