Tarixdə Bu Gün - 11 Yanvar

11 Ocak 2022
730
0
Tarixdə Bu Gün - 11 Yanvar
630-cu ilin bu günlərində Hz. Məhəmmədin başçılığı altında İslam Ordusu Məkkəni fəth etdi.

Bütpərəstlərin əlindən alınan Məkkədə İslam peyğəmbəri ümumi əhf elan etdi, az sonra Kəbəni bütlərdən təmizlətdi.

1920-ci il yanvarın 11-də Parisdə Müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi ilə bu məzmunda qərar qəbul etdi: “Müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində tanıyır”.

Albaniya 1946-cı il 11 yanvarda özünü xalq respublikası elan etdi.

Qeyd edək ki, Balkan yarımadasının qərbində yerləşən bu ölkə 1912-ci ildə müstəqillik qazanıb.

1962-ci ilin 11 yanvarında Peru təbii fəlakətlə sarsıldı: ölkənin ən yüksək dağı olan Nevada Huaskaran vulkanı aktivləşdi. Vulkanın həm partlama və həm də eyni gündə yaratdığı torpaq sürüşmələri nəticəsində minlərlə adam həyatını itirdi.

Dünyaşöhrətli məşhur estrada müğənnisi Maykl Cekson (Michael Jackson) "Thriller" albomuyla 1984-cü ilin 11 yanvarında 8 “Grammy” mükafatı qazandı.

11 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

Alman əsilli görkəmli rus bəstəkarı, SSRİ və Azərbaycanın Xalq artisti Reynqold Qliyer 1875-ci ilin bu günü Ukraynanın paytaxtı Kiyevdə anadan olub.

1938-1948-ci illərdə SSRİ Bəstəkarlar İttifaqı Təşkilat Komitəsinin sədri vəzifəsində çalışan, öz yaradıcılığında Çaykovski və Raxmaninov kimi sənətkarların ənənələrini davam etdirən R.Qliyerin “Qırmızı lalə”, “Tunc atlı” baletləri məşhurdur.

Reynqold Qliyer 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının dəvətilə Bakıya gəlib, Azərbaycan musiqi folkloru və xalq arasında geniş yayılmış “Aşıq Qərib” dastanı əsasında “Şahsənəm” operasını yazıb. (1875-1956)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.