Aeroportda çamadanınızın necə qarət olunduğunu bilirdinizmi? - VİDEO
Tez tez səfər edən insanlar var ki, aeroportda çamadanını aldıqdan sonra yoxlayan zaman hansısa əşyalarının çatışmadığını görür. Ancaq qıfıl yerində olduğu və yük çantasında əlavə dəyişiklik olmadığından həmin əşyaları başqa yerdə itirdiyini düşünürlər. Əslində isə onların çamadanları qarət olunub. Özü də bu məsələdə yük çantasının mexaniki, yaxud elektron qıfılla bağlanılmasının heç bir fərqi yoxdur. Videoda bu prosesin necə həyata keçirildiyi barədə ətraflı məlumat verilib.
Xaricdən çamodan tamamilə toxunulmaz hesab olunur. Ancaq bu, sadəcə görünüşdür. Adi diyircəkli qələmlə çamodanın zəncirbəndinə təzyiq göstəririk.Sonra elə həmin qələmlə zəncirbənd ehtiyatla açılır və… əşyalarınız oğrunun ixtiyarındadır. Açılan zaman zəncirbənd zədələnmədiyi üçün, çamodanın öz kilidi ilə asanca bağlamaq mümkündür.