30 ildir kor olan kişi bionik eynəklə görməyə başladı - VİDEO

17 Ekim 2014
1 003
0
30 ildir kor olan kişi bionik eynəklə görməyə başladı - VİDEO
30 ildir kor olan kişi bionik eynəklə görməyə başladı - VİDEO


Təqribən 30 il öncə Qarri Lesterə diaqnoz qoyuldu – gözün tor qişasının piqment degenerasiyası. Bu diaqnoz görmə qabiliyyətinin tam itirilməsi ilə nəticələndir. O zaman tibb getdikcə artan korluğu dayandırmaq qüdrətində deyildi.

Məlumata görə, bu gün isə Lester, ArgusII adlanan bionik göz protezi qoyulan 7-ci şəxsdir.

Qurğu itirilmiş görmə qabiliyyətini ənənəvi mənada bərpa etmir. Argus II göz almasına quraşdırılmış xüsusi elektron antenadan və kamera, daşınar krompyuterlə təchiz olunmuş xüsusi eynəkdən ibarətdir. Kameranın aldığı siqnal prosesora, oradan da gözün tor qişasının sağlam qalan hüceyrələrinin stimulyasiyasına başlayan elektrodlarına komanda verən ötürücüyə göndərilir.

60 elektrod azdır. Bununla belə, pasient işığı, müxtəlif insanların siluetini, ətrafdakı əşyaların konturunu görür, hətta iri hərfləri oxuya bilir. Həkimlər bunu «pikselli baxış» adlandırırlar.

Lesterin sözlərinə görə o, göldə üzər ördəyi, gecə səmada işıq saçan ayı, hətta həyat yoltaşı tərəfindən alınan xrizontemaların rəngini görə bilir və buna görə çox xoşbəxtdir.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.