07.10.2017 Gündəlik Bürclər (7 Oktyabr 2017 Günlük Bürclər)
Buğa - Bütün vacib planlarınızı saat 15-ə qədər həyata keçirməyə çalışın. Çünki günün yalnız bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Daşınmaz əmlak alış-verişindən uzaq olun.
Əkizlər - Ulduzların düzümü saat 13-ə qədər ümumi işlərinizdə passivliyin hökm sürəcəyindən xəbər verir. Həmin müddətdə riskli işlərdən uzaq olmalı, yeni müqavilə və təkliflərdən boyun qaçırmalısınız.
Xərçəng - Xırda mübahisələri nəzərə almasaq, bu gün sizin üçün normal keçəcək. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Öz ideyalarınızı beyinlərə təmkinlə yeridin.
Şir – Saat 12-yə qədər mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Sonrakı müddətdə isə qarşınıza qoyduğunuz ideyaların reallaşmasında heç bir çətinlik çəkməyəcəksiniz.
Qız – Bu vaxta qədər baş verən cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatçılıq və s. kimi mənfi fəsadlar elə səhər saatlarından aradan qalxmağa başlayacaq.
Tərəzi - Göy qübbəsi yuxusuzluğunuzdan, həmçinin iştahasızlığınızdan şikayətlənir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Bu gün əlinizə düşən pulları boş məsrəflərə xərcləməyin.
Əqrəb – Saat 14-16 aralığını nəzərə almasaq, bu gün tam mənasıyla ürəyinizcə olacaq. Amma gərək "bir əldə iki qarpız" tutmayasınız. Çalışmalısınız ki, reallığa uyğun hərəkət edəsiniz. Sürprizləriniz də çox olacaq.
Oxatan – Gün ərzində boş dayanmağınıza lüzum yoxdur. Çünki sizin kimi romantik şəxslərə bu gün heç bir zərər dəyməyəcək, üstəlik, aktivləşdiyiniz indiki dövrdə şanslarınız da artacaq.
Oğlaq - Bu gün bürcünüz üçün ciddi seçim ərəfəsi olacaq. Yolayrıcında qalmağınız yetər. Gələcəyinizi, taleyinizi düşünürsünüzsə, konkret addımlar atın. İnsanlarla umu-küsüləri bir kənara qoyun.
Dolça – Ulduzlar məsləhət görür ki, pul problemlərini qabartmayasınız. Çünki istəsəniz də, istəməsəniz də, bu təqvimi kasıbçılıqla başa vuracaqsınız. Bu səbəbdən əsas diqqətinizi münasibətlərə yönəldin.
Balıqlar – Ötən günlərlə müqayisədə bu günün sizə əhəmiyyəti böyük olacaq. Belə ruh yüksəkliyinin yaranması bürcünüzün aktivləşməsi ilə əlaqədardır. Çoxsaylı işgüzar görüşlər, perspektivli əlaqələr mümkündür.