14.10.2017 Gündəlik Bürclər (14 Oktyabr 2017 Günlük Bürclər)

13 Ekim 2017
4 206
0
14.10.2017 Gündəlik Bürclər (14 Oktyabr 2017 Günlük Bürclər)
Qoç – Bütün proseslər xeyrinizə cərəyan edəcək. Yalnız saat 14-16 aralığı bir qədər mürəkkəb ola bilər. Həmin saatlarda münaqişədən uzaq durmalı, vaxtınızı qapalı yerdə keçirməlisiniz. Spirtli içkidən uzaq olun.

Buğa – Bu günün xarakterinə uyğun olaraq, daha çox istirahətinizi, qeyri-işgüzar görüşlərinizi, səfərlərinizi təmin etməlisiniz. Saat 17-dən sonra xoş bir hadisənin şahidi olacaqsınız.

Əkizlər – İxtiyarınızda olan bu təqvim karyeranıza ucalıq vəd edir. Amma bu, heç də aldığınız təkliflərə gözüyumulu razılıq verməyinizi tövsiyyə etmir. Çünki çətin adamlarla baş-başa qala bilərsiniz.

Xərçəng – Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin. Yalan danışmayın.

Şir – Gözlənilməz təsadüf nəticəsində mövcud problemləriniz aradan qalxmağa başlayacaq. Bu yöndə ümid bəslədiyiniz insanların köməyini də görəcəksiniz. Gün boyu daxili inamınızı bərpa edin.

Qız – Rastlaşdığınız hər bir olaya yaradıcı eşqlə yanaşın. Bu halda fəaliyyətiniz və maddi durumunuz da qənaətbəxş olacaq. Ulduzlar başqalarının əşyasından istifadə etməyi və borc götürməyi məsləhət görmür.

Tərəzi – Qətiyyət göstərin, haqqınızı tələb etməyi bacarın. Belə olarsa, Göy qübbəsi digər işlərdə sizə yardımçı olacaq. Təkəbbürlü insanlarla iş görməyin. Günün ikinci yarısında maraqlı görüşlər var.

Əqrəb – Qapalılığı bir kənara atın, insanlarla açıq şəkildə, səmimiyyətlə davranın. Yalnız bu halda qarşınızda duran günün bəhrəsini görəcəksiniz. Axşam saatlarında özünüzü soyuqdəymədən qoruyun.

Oxatan – Sizdən tələb olunan vəzifələri layiqincə həyata keçirməyi bacarsanız, həm nüfuzunuz artacaq, həm də mövcud problemlərinizin həlli sürətlənəcək. Elə saat 11-dən bu istiqamətdə hərəkətə keçin.

Oğlaq – Səhər saatlarından başlayaraq nüfuz dairəniz genişlənəcək. Hətta yuxarı dairələrlə əlaqələriniz də dərinləşə bilər. Bununla yanaşı, ailə-sevgi münasibətlərinə də ciddi yanaşın, xətrə dəyməyin.

Dolça – Siyasi-iqtisadi sahədə bürcünüz üçün gərginlik var. Bu səbəbdən hər hansı addımı atmazdan əvvəl kəşfiyyat xarakterli manevrlər edin. Çalışın ki, sizə inam bəsləyənlərin sayı artsın. Məsuliyyətsiz danışmayın.

Balıqlar – Maraqlı hadisələr yolunuzu gözləyir. Ruhunuzu sıxan bir çox məsələlərə aydınlıq gələcək. Gün ərzində arzuladığınız adamların əksəriyyətini görəcəksiniz. Təmir-tikinti işləri də effektli ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.