Faydalı hamburgeri necə hazırlayaq?

27 Temmuz 2016
1 680
0
Faydalı hamburgeri necə hazırlayaq?
Faydalı hamburgeri necə hazırlayaq?

Ərzaqlar:

Un - 400 qr.
Su - 150 - 200 ml.
Kərə yağı (və ya zeytun yağı) - 50 qr.
Şəkər tozu - 1 ç.q.
Maya - 1 paket (11 qr.)
Mərci - 200 qr.
Soğan - 1 ədəd
Kök - 1 ədəd
Yunan qabağı (kabaçok) - 1 ədəd
Tomat pastası - 2 x.q.
Kahı
Pomidor - 2-3 ədəd
Pendir
Duz

Hazırlanması:

Mərcini duzlu suda qaynadırıq, bişəndən sonra suyunu süzürük.
Qaynadılmış mərcini pürə halına salırıq.
Soğanla kökü yağda 10-15 dəqiqə qızardırıq.
Qovrulmuş tərəvəzləri (soğan və kökü) mərci qiyməsinə əlavə edirik, ədviyyatları da vurub yaxşıca qarışdırırıq.
Sonra əlimizlə o qarışıqdan götürüb kotlet formasına salırıq, una batırıq, tavada hər iki tərəfini qızardırıq.
Yunan qabağını da dilimləyib, 15 dəqiqə tavada qızardırıq.
Bulkuları tən bölürük. (Kim istəsə bulkuların hər üzünü azca yağda tavada qızarda da bilər ki, xırçıltılı olsun) Və bulkuların hər iki tərəfinə (iç tərəfdən) tomat pastası sürtürük.
Bulkunun alt hissəsinin üzərinə kahı yarpağını, mərci kotletini qoyuruq. Zövqdən asılı olaraq üzərinə tomas sousu gəzdirmək olar.
Sonra kotletin üzərinə qızardılmış yunan qabağı, pomidor dilimi, pendir qoyub bulkunun ikinci yarısı ilə üstünü örtürük.Bu hamburger inanılmaz dada malikdir! Ən əsası da çox faydalıdır. Onu nəinki evdə, həm də işə, dərsə aparıb naharda ləzzətlə nuş edə bilərsiniz.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.