Bu, indiyə kimi yediyiniz ən dadlı blinçik resepti olacaq!
Ərzaqlar:
Un – 250 qr.
Süd – 250 ml.
Yumurta – 1 ədəd
Qazlı su – 60 ml.
Bitki yağı – 2 x.q.
Duz – ¼ ç.q.
Vanilin (yalnız şirin blinçiklər üçün).
Hazırlanması:
Bir qaba südü tökürük, üzərinə duz, yumurta, un əlavə edirik və yaxşıca qarışdırırıq. 10 dəqiqə bir kənarda saxlayırıq. Sonra qazlı suyu, bitki yağını da tökürük, qarışdırırıq. Dərhal da tavada 2 üzünü qızardırıq.
Nuş olsun!