Braziliya millisində yeni baş məşqçi

16 Haziran 2016
1 443
0
Braziliya millisində yeni baş məşqçi
Braziliya milli komandasının yeni baş məşqçisi bəlli olub. Feat.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, Dunqanın qovulmasından sonra boşalan bu posta “Korintians”ın çalışdırıcısı Tite təyin olunub.

Bu barədə klub prezidenti Roberto de Andrade açıqlama verib. O, yerli jurnalistlərlə söhbətində Titenin artıq “Korintians”ın baş məşqçisi olmadığını, bundan sonra milli komandada çalışacağını deyib.

Qeyd edək ki, 55 yaşlı Tite 2011 və 2015-ci illərdə “Korintians”la Braziliya çempionluğu yaşayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.