Bu məhsullar köpə səbəb olur - SİYAHI

16 Haziran 2017
1 579
0
Bu məhsullar köpə səbəb olur - SİYAHI
Bəzi qida məhsulları var ki, onların çoxlu miqdarda istehlakı xoşagəlməz hallara (köp, meteorizm, qarın ağrısı) səbəb ola bilər. Belə məhsulların qəbulu nəticəsində bağırsaqlarda qıcqırma prosesləri xeyli sürətlənir ki, nəticədə çoxlu qaz ifraz olunur. Bağırsaqlar şişir və bu da ağrılara və sancılara səbəb olur.
Feat.Az saglamolun.az-a istinadən köpə səbəb olan məhsulları sadalayır:

- Kələmin bütün növləri. Həll olunmayan qidalı liflər və kükürdlə zəngin olan kələm köpə səbəb olan əsas məhsuldur. Bu, xüsusilə çiy kələmə aiddir. Termik emaldan (bişirilmə, pörtlənmə) sonra kələmin bu xüsusiyyəti azalır.

Nəzərə almaq lazımdır ki, güclü xərçəng əleyhinə və bir çox digər qiymətli xüsusiyyətlərə malik olan kələmin bütün növləri çox faydalıdır. Bağırsaqlarda köpün qarşısını almaq üçün kələmi az miqdarda və ya minimal termik emaldan sonra istehlak etmək lazımdır.

- Paxlalar (noxud, lobya, mərci).
Bu da çox qiymətli qida məhsuludur. Mənfi təsirini azaltmaq üçün bişirməzdən əvvəl paxlaları bir neçə saat ərzində suda saxlamaq lazımdır.

- Süd.
Bir çox böyüklərdə süddə olan laktozaya qarşı dözümsüzlük var ki, bu da köpə səbəb olur.

Təbii süddən fərqli olaraq süd məhsulları (kəsmik, yoqurt, qatıq və s.) orqanizm tərəfindən daha asan mənimsənilir. Süd istehlakından sonra köp, meteorizm, ağrılar əmələ gəlirsə, süddən imtina edib rasiona süd məhsullarını daxil edin. Süd məhsulları bağırsaqların normal fəaliyyəti üçün vacib olan südturşulu bakteriyalar və həmçinin sümük və əzələlər üçün (o cümlədən, ürək əzələsi üçün) vacib olan kalsiumla zəngindir.

- Təzə mayalı un məmulatları (bulka, piroq, pirojki və s.).
Bu məhsulların tərkibində olan maya bağırsaqlarda qıcqırma proseslərinə səbəb olur. Bu məhsulları qidalanmada minimum həddə çatdırın, çünki onlar artıq çəkiyə səbəb olur.

- Pivə və kvas.
Bunun da səbəbi tərkibində mayanın olmasıdır.

- Şirin qazlı içkilər.
Bu içkilər olduqca ziyanlıdır. Araşdırmalar göstərir ki, bu içkilər beyinə ziyan vurur, mübadilə proseslərini pozur, piylənmə və şəkərli diabet riskini artırır, sümüklərdən kalsiumun yuyulmasına səbəb olur, mədənin turşuluğunu artırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.