İslam dini 6 cümlədə

14 Eylül 2016
2 741
0
İslam dini 6 cümlədə
Əbi Carud nəql edir: "İmam Baqirə (ə) dedim: "Ey ibni Rəsulallah! Mənim sizə sualım vardır və istəyirəm ki, ona cavab verəsiniz. Gözüm kordur və az yol gedə bilirəm, ona görə də sizi həmişə ziyarət edə bilmirəm".

Feat.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurdu: "Sualını ver".
Dedim: "Məni sizin və nəslinizin o dinindən agah et ki, ona əsasən Allaha ibadət edirsiniz? Mən də ona əsasən Allaha dindarlıq edim".
İmam (ə) buyurdu: "Kiçik cümlə ilə böyük sual verdin. Allaha and olsun ki, mən və atalarımın Allaha dindarlıq etdiyimiz dini sənə söyləyirəm:
1. Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət vermək.
2. Peyğəmbərin (s) Allah tərəfindən gətirdiklərinə etiraf etmək.
3. Bizim dostumuza məhəbbət göstərmək və düşmənimizə düşmənçilik etmək.
4. Bizim əmrlərimizin ardıcılı olmaq.
5. Qaimimizin (ə.f) intizarında olmaq.
6. (Vacibatları yerinə yetirmək üçün) səy göstərmək və haramdan çəkinmək". (İslami saytlara istinadən)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.