08.04.2018 Gündəlik Bürclər (8 Aprel 2018 Günlük Bürclər)
Buğa - Bütün enerjinizi fəaliyyət prinsipinə istiqamətləndirin. Çünki perspektivləriniz bu ərəfədən birbaşa asılı olacaq. İşgüzar sövdələşmələrdə mümkün qədər ötkəm olun.
Əkizlər - Göy qübbəsi yalnız ev-eşiklə, bağ-bağatla məşğul olmağınızı tövsiyə edir. Digər işləri isə təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olanlara mərhəmət və qayğınızı artırın.
Xərçəng - Maraqlı görüşlər və səfərlər yolunuzu gözləyir. Bir qədər qətiyyətli olun. Bədxah adamlara qarşı rəhmli olmaq o qədər də səmərəli deyil. Ulduzlar ac qalmağınızdan şikayətçidir.
Şir - Əgər bizneslə məşğulsunuzsa, bu gün bəxtiniz gətirə bilər. Çünki bütün göstəricilər uğurlu iş birliyi yaradacağınızdan, həmçinin varlanacağınızdan xəbər verir. Səfərə çıxmayın.
Qız - İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb yorulmaqdan çəkinməyin. Kənar müdaxilələrə reaksiya verməyin.
Tərəzi - Saat 14-ə qədər ev şəraitində olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşamsa qonaqlıq gözlənilir.
Əqrəb - İxtiyarınızda olan bu təqvim sizin üçün həddindən ziyadə uğurlu keçəcək. Ürəyinizcə olan şəxslərlə rastlaşmağınız, eləcə də təzə xəbərlər eşitməyiniz sizi sevindirəcək. Riskdən qorxmayın.
Oxatan - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan qida və işlərdən yayınmalısınız.
Oğlaq - O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Özünüzü təmkinli aparmağa çalışın.
Dolça – Astroloji göstəricilər günün diqtəsinə uyğun olaraq uzaq səfərə çıxmağınızı məsləhət görür. Digər sahələrdə passivlik hökm sürdüyündən neytral qalmağınız daha məqsədəuyğundur.
Balıqlar - Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq, ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələrə cəlb olunacağınız gözlənilir.