22.07.2018 Gündəlik Bürclər (22 İyul 2018 Günlük Bürclər)

21 Temmuz 2018
4 503
0
22.07.2018 Gündəlik Bürclər (22 İyul 2018 Günlük Bürclər)
Qoç - Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. Nahardan sonra səfərə çıxmağa dəyər.

Buğa - İstifadə etdiyimiz bütün astroloji mənbələr bu təqvimi bütünlüklə səfər və qonaqlıqlara həsr edəcəyinizi göstərir. Yeni müsahiblərinizə qarşı bir qədər mülayim davranın.

Əkizlər - Yaxşı olar ki, heç bir ciddi işə baş qoşmayasınız. Əks təqdirdə uğursuz cəhdlərlə rastlaşacaqsınız. Bununla yanaşı, sizə qarşı qərəz nümayiş etdirənlərə kəskin cavab verməyi də təxirə salın.

Xərçəng - Bütün enerjinizi fəaliyyət prinsipinə istiqamətləndirin. Çünki gələcək perspektivləriniz iyulun bu təqvimindən birbaşa asılı olacaq. Pul sövdələşmələrində ötkəm olun.

Şir - Hiss olunur ki, maddi durumunuz qənaətbəxş deyil. Bu isə əksər sahələrdə passivliyinizə zəmin yaradır. Buna baxmayaraq, nahardan sonra ikitərəfli əməkdaşlıq üçün şanslarınız olacaq.

Qız - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşacağınızdan xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd işlərdən yayınmalısınız. İşgüzar əlaqələrə başlayın.

Tərəzi - İşgüzar sövdələşmələr aparmaq istəyirsinizsə, bürcünüzün bu son təqvimindən yararlanın. Əmin olun ki, hər şey ürəyinizcə olacaq. Sadəcə, qərarlarınızda reallığa əsaslanın.

Əqrəb - İyulun bu gününü uğurlu keçirəcəksiniz. Şəxsi işlərinizdə dönüş yaratmaq üçün saat 15-dən sonra şanslarınız olacaq. Büdcənizi artırmaq istəyirsinizsə, əzmkarlığınızı artırın.

Oxatan - Ay bürcünüzdə olduğu üçün o qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Təmkindən qidalanın.

Oğlaq - Saat 13-ə qədər ev şəraitində olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşamsa qonaqlıq gözlənilir.

Dolça - Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələr gözlənilir. Yaxşı olar ki, səfərə çıxasınız.

Balıqlar - Ümumi gərginliyinizə baxmayaraq çıxış yolu tapmağa davam etməlisiniz. Hər şeyi dəqiqliklə ölçüb-biçməli, ağıllı məsləhətlərə qulaq asmalısınız. Uzaq səfərlərə çıxmağa dəyər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.