22.07.2017 Gündəlik Bürclər (22 İyul 2017 Günlük Bürclər)

21 Temmuz 2017
5 524
0
22.07.2017 Gündəlik Bürclər (22 İyul 2017 Günlük Bürclər)
Qoç - Ümumi gərginliyinizə baxmayaraq çıxış yolu tapmağa davam etməlisiniz. Hər şeyi dəqiqliklə ölçüb-biçməli, ağıllı məsləhətlərə qulaq asmalısınız. Uzaq səfərlərə çıxmağa dəyər.

Buğa - Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. Nahardan sonra səfərə çıxmağa dəyər.

Əkizlər - İstifadə etdiyimiz bütün astroloji mənbələr bu təqvimi bütünlüklə səfər və qonaqlıqlara həsr edəcəyinizi göstərir. Yeni müsahiblərinizə qarşı bir qədər mülayim davranın.

Xərçəng - Yaxşı olar ki, heç bir ciddi işə baş qoşmayasınız. Əks təqdirdə uğursuz cəhdlərlə rastlaşacaqsınız. Bununla yanaşı, sizə qarşı qərəz nümayiş etdirənlərə kəskin cavab verməyi də təxirə salın.

Şir - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşacağınızdan xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd işlərdən yayınmalısınız. İşgüzar əlaqələrə başlayın.

Qız - Hiss olunur ki, maddi durumunuz qənaətbəxş deyil. Bu isə əksər sahələrdə passivliyinizə zəmin yaradır. Buna baxmayaraq, nahardan sonra ikitərəfli əməkdaşlıq üçün şanslarınız olacaq.

Tərəzi - Ay bürcünüzdə olduğu üçün o qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Təmkindən qidalanın.

Əqrəb - İşgüzar sövdələşmələr aparmaq istəyirsinizsə, bürcünüzün bu son təqvimindən yararlanın. Əmin olun ki, hər şey ürəyinizcə olacaq. Sadəcə, qərarlarınızda reallığa əsaslanın.

Oxatan - İyulun bu gününü uğurlu keçirəcəksiniz. Şəxsi işlərinizdə dönüş yaratmaq üçün saat 15-dən sonra şanslarınız olacaq. Büdcənizi artırmaq istəyirsinizsə, əzmkarlığınızı artırın.

Oğlaq - Bütün enerjinizi fəaliyyət prinsipinə istiqamətləndirin. Çünki gələcək perspektivləriniz iyulun bu təqvimindən birbaşa asılı olacaq. Pul sövdələşmələrində ötkəm olun.

Dolça - Saat 13-ə qədər ev şəraitində olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşamsa qonaqlıq gözlənilir.

Balıqlar - Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələr gözlənilir. Yaxşı olar ki, səfərə çıxasınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.