18.09.2018 Gündəlik Bürclər (18 Sentyabr 2018 Günlük Bürclər)

17 Eylül 2018
4 957
0
18.09.2018 Gündəlik Bürclər (18 Sentyabr 2018 Günlük Bürclər)
Qoç - O qədər də uğurlu təqvim deyil. Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə ətrafınızda olanların naxələfliyi ovqatınızı poza bilər. Müəyyən qədər təcrid olunub öz aləminizə qapılın.

Buğa - Fəaliyyət durumunuzda müəyyən problemlər gözlənilir, münasibətlərə fikir verin. Bundan kənarda işləriniz uğurlu olmalıdır. Hətta günün ikinci yarısında qazanmaq ehtimalınız da var.

Əkizlər- Günün ümumi ovqatını nəzərə alıb əsas vaxtınızı istirahətə yönəldin. Ağır fiziki və zehni işlərə girişməyin. Saat 16-dan sonra qonaq getməyə, gəzintilərə aludə olmağa dəyər.

Xərçəng- Ulduzların düzümü rahatlığı daha çox səfər və qonaqlıqlarda tapa biləcəyinizdən xəbər verir. Çünki bu gün sizə çoxlu adamlarla təmasda olmaq vacibdir. Tənhalığa qurşanmayın.

Şir- Bəxtinizdə ilahi bir təqvim durub. Bu səbəbdən də hansısa müqəddəs yeri ziyarət etməklə, kimsəsizləri sevindirməklə böyük savab qazanmış olarsınız. Axşam maraqlı insanlarla görüşünüz mümkündür.

Qız- Maliyyə vəziyyətiniz imkan versə, mütləq səfərə çıxın. Çünki xeyli müddət belə fürsət ələ düşməyəcək. Göy qübbəsi kənar təsirlərə aludə olmamağı, riskdən qorxmamağı tövsiyə edir.

Tərəzi- Səhhətlə bağlı nasazlığınız olsa da, bu, ovqatınızı pozmayacaq. Əksinə, gün ərzində iştirakçısı olduğunuz proseslər sizi xeyli fərəhləndirəcək. Ətrafınıza yaxşı insanlar toplaşacaq.

Əqrəb - Həddindən ziyadə uğurlu gündür. Ürəyinizə yaxın adamlarla rastlaşmağınız, həmçinin sevindirici təkliflər almağınız uzun müddət yadınızda qalacaq. Səfərə çıxsanız, ehtiyatlı olun.

Oxatan - Bütün göstəricilər gün boyu ovqatınızın xoş olacağını proqnozlaşdırır. Xüsusilə saat 14-16 aralığında xoş bir təsadüflə rastlaşacaqsınız. Ailə üzvlərinizlə mehriban davranın.

Oğlaq - Yalnız maliyyə məsələlərində uğurlarınız gözlənilir. Odur ki, əsas gücünüzü bu istiqamətə yönəldin. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Axşam başqa ünvana getməyin.

Dolça - Saat 15-ə qədər qarşılıqlı münasibətlərdə gərginlik gözlənildiyindən tədbirli olun. Bunu bacarsanız, ulduzlar sonrakı müddətdə sizə xüsusi zövq verəcək. Təzə xəbər də eşidəcəksiniz.

Balıqlar - Çox düşərli gündür. Boş durmaqdansa ən xırda şansdan belə istifadə edin. Tərəfdaşlıq zəminində, perspektivli sövdələşmələrdə uğurlarınız artacaq. Amma özünüzü təxribatlardan qorumalısınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.