29.10.2018 Gündəlik Bürclər (29 Oktyabr 2018 Günlük Bürclər)

28 Ekim 2018
6 122
0
29.10.2018 Gündəlik Bürclər (29 Oktyabr 2018 Günlük Bürclər)
Qoç- Saat 14-16 aralığını nəzərə almasaq, bu təqvim xeyrinizə işləyəcək. Özünüzü çıxılmaz durumda hiss etməkdənsə, reallığa uyğun addım atın. Başqalarının şəxsi həyatına müdaxilə etməyin.

Buğa- İş münasibətlərini şəxsi münasibətlərlə qarışdırmayın. Bu, nəzərdə tutduğunuz hədəflərə çatmaqda sizə mane ola bilər. Ağıllı və təcrübəli adamların məsləhətlərindən yararlanın. Bu gün səfərə çıxmayın.

Əkizlər- Ağlınız kəsməyən hər hansı işə qol qoymayın. Son zamanlar təcrübəniz olmayan sahələrə girişməyini sizi pərt edə bilər. Günün ikinci yarısını sevgiyə, qohumluq münasibətlərinə həsr edin.

Xərçəng- Günün ümumi mənzərəsi sizi qane etməyə bilər. Amma bütün daxili gücünüzü səfərbər etməklə bu gərginlikdən qurtula bilərsiniz. Xüsusən də nahardan sonra zamanı xeyrinizə dəyişmək imkanınız olacaq.

Şir- Himayənizdə olan kiçikyaşlıları diqqətdə saxlayın. Çünki kosmik fon bu gün uşaqların zədələnə biləcəyini bildirir və yalnız siz bunu əvvəlcədən duya bilərsiniz. Nahardan sonra büdcənizdə artım gözlənilir.

Qız- Səbrli olmaq bir yerə qədərdir. Çünki həyatda elə məqamlar var ki, cəld reaksiya bildirməlisiniz. Saat 12-dən 16-ya qədər sizə belə bir taktika lazım olacaq. Həmsöhbətiniz olan hər adama etbar etməyin.

Tərəzi- Daha çox işgüzar bir təqvim kimi yadınızda qalacaq. Ötən həftədən yığılıb qalmış iş problemlərini yenidən hərəkətə gətirmək və sürətlə başa çatdırmaq lazımdır. Axşama doğru yolda diqqətli olun.

Əqrəb- Sənədləşdirmə işlərində bir qədər diqqətli olun, xüsusən də nahara qədər. Bunu bacarsanız, gün ərzində hər hansı probleminiz olmayacaq. Daxili sabitliyinizi qorumaq üçün yaxşı həmsöhbət seçin.

Oxatan- Qətiyyətli olmaq indi başlıca vəzifənizə çevrilməlidir. Əks təqdirdə, sizə qarşı olanların sayı arta bilər. Günortadan sonra nəzərdə tutduğunuz planların həllinə doğru sürətli gedişiniz olacaq.

Oğlaq- Təxminən saat 12-yə daxili sabitliyinizi qoruyun, ələlxüsus da fəaliyyət müstəvisində diqqətli olun. Bunun öhdəsindən gəlsəniz, günün sonrakı saatlarında ümumi gedişatdan razı qalacaqsınız.

Dolça- Maliyyə baxımından uğurlu gün hesab etmək olar. Bu səbəbdən pulla bağlı bütün planlarınızı hərəkətə gətirin. Ulduzların düzümü hazırkı mərtəbəyə gəlməyinizdə rolu olanları unutmamağı tövsiyə edir.

Baıqlar- Qarşınızda neytral bir gün durur. İştirakçısı olduğunuz proseslərdə qeyri-adi bir olay baş verməyəcək. Amma daha çox müsbət yönümlü mənzərə yaratmaq üçün səylərinizi artırmalısınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.