30.10.2018 Gündəlik Bürclər (30 Oktyabr 2018 Günlük Bürclər)
Buğa- Ən müxtəlif sürprizlərə hazır olun. Oturaq işlərə aludə olmaqdansa, fəallığınızı artırın. Bəxtinizdə qazanc da var. Nahar ərəfəsində cinayət tərkibli və dinə zidd addımlardan yayının.
Əkizlər- Məhəbbət müstəvisində mövcud olan müəmma və anlaşılmazlıqları yoluna qoymaq üçün şanslı vaxtdır. Bu fürsəti fövtə verməyin. Amma işlə bağlı riskli sövdələşmələrdən uzaq olun.
Xərçəng- Fəaliyyətlə bağlı xeyli yeniliklərin şahidi olacaqsınız. Ürəyinizcə olan təkliflər alacağınıza da şübhə etməyin. Axşama doğru isə müəyyən təxribatlarla baş-başa qalma ehtimalınız var.
Şir- Nahara qədər hansısa uğurlu cəhdlərə nail olacağınızı düşünməyin. Göstərilən müddətdə yalnız istirahətə fikir verin. Yalan vədlər vermək, əsassız danışmaq zərərinizə ola bilər.
Qız - Mövcud sıxıntılarınız qlobal planlarınızın reallaşmasına mane olur. Yaxşı şeylər haqqında düşünün. Çünki insan fikri gələcəyi formalaşdırır. Pula görə kiminləsə düşmənçilik yaratmayın.
Tərəzi- Naharaqədərki dövrdə mübahisəli situasiyalara cəlb olunma ehtimalınız böyükdür. Bu səbəbdən də hər xırda məsələyə ciddi reaksiya verməməlisiniz. Saat 15-dən sonra maraqlı görüşləriniz gözlənilir.
Əqrəb- Yaxşı olar ki, əsas vaxtınızı maliyyə istiqamətində xərcləyəsiniz. Bütün variantları gözdən keçirin. Əyləncəyə, yaxud uzaq səfərlərə aludə olmaq yaramaz. Ulduzların bu tövsiyələrini qulaqardına vurmayın.
Oxatan- Kosmik fonun ümumi mənzərəsi gərginlikdən xəbər verir. O üzdən bütün enerjinizi təmkinli olmağa yönəltməlisiniz. Əsəbinizlə oynayan adamlarla üz-üzə gəlməməyə çalışın.
Oğlaq- Atacağınız addımlarda qətiyyətli olsanız, müvəffəqiyyətə yaxınlaşacaqsınız. Nəzərə alın ki, indiki durumda sizə güclü olmaq lazımdır. Bədxah adamları həqiqət və reallıqla məğlub edin.
Dolça- Kifayət qədər sərfəli gündür. Təzə və əlverişli sövdələşmələrdə iştirakınızdan tutmuş maliyyə məsələlərinə qədər ulduzlar yardımçınız olacaq. Ona görə də boş oturmamalısınız.
Balıqlar- Müəyyən qədər darıxdırıcı olsa da, daxili sabitliyinizi qorumaqla müəyyən rahatlıq tapa bilərsiniz. Ciddi qərarlar qəbul etməyinizə lüzum yoxdur. Axşam qonaq getməyiniz yaxşı olar.