31.10.2018 Gündəlik Bürclər (31 Oktyabr 2018 Günlük Bürclər)

30 Ekim 2018
7 652
0
31.10.2018 Gündəlik Bürclər (31 Oktyabr 2018 Günlük Bürclər)
Qoç - Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayacaqsınız. İqlimin təhərindən asılı olmayaraq günün ikinci yarısında qonaq getmək əlverişlidir. Mistikaya qapılmayın.

Buğa- Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar nahardan sonra qismən də olsa, qaydasına düşəcək. Sadəcə, təmkin göstərmək lazımdır. Bu gün ziyarətgahlara getmək düşərlidir.

Əkizlər- Astroloji göstəricilər ovqatınızın havadan asılı olduğunu bəyan edir. Dəyişkən havada çox durmayın, uzaq yola çıxmağa isə lüzum yoxdur. Özünüzü gərginliyə salmayın, qazanma imkanı var.

Xərçəng- Ailə üzvlərinizlə müəyyən anlaşılmazlıqlarınız gözlənilir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan əl çəkin ki, nicat tapasınız.

Şir- Qarşınızda duran öhdəliklərin çoxluğu sizi üzməməlidir. Əgər bu vəzifəni icra etməkdə tərəddüdünüz varsa, dost-tanışlarınızın məsləhətlərindən bəhrələnin. İndi sizə qətiyyət lazımdır.

Qız- Maliyyə problemlərinə görə darıxmayın. Ulduzlar yaxın vaxtlarda sizi varlandıracaq. Bu günsə evlə bağlı maneələrin həllinə çalışmalısınız. Səhhətinizə ciddi yanaşın.

Tərəzi- İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı bütünlüklə sevdiyiniz insanlara həsr edin. Onlarla birgə olmağa çalışın.

Əqrəb- Olduqca riskli gündür. Çıxardığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. Amma Göy qübbəsi haqqınızda nikbin əhval-ruhiyyədədir. Unutmayın ki, saat 14:08-ə qədər Ay bürcünüzdə olacaq.

Oxatan- Kənardan kömək göstərən olmasa, hansısa cəhdinizin baştutma ehtimalı reallaşmayacaq. Ümumiyyətlə, bu tarixdə yalnız başqalarının məsləhətilə hərəkət etməlisiniz. Axşam qonaq getməyə dəyər.

Oğlaq- Ümumi məziyyətlərinə görə xoş gündür. Bir şərtlə ki, işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoyasınız. Qarşılıqlı münasibətlərdə ürəyinizcə olan hadisələr mümkündür.

Dolça- Bu təqvimdə aktivliyinizi birə-beş artırmalısınız. Ona görə də şəxsi məqsədləriniz naminə müəyyən ünvanlara baş çəkməyiniz vacibdir. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.

Balıqlar- O qədər də uğurlu gün deyil. Maneələriniz çox olacaq. Danışıqlarda təşəbbüskarlığı əldə saxlayın ki, qalib olasınız. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.