26.11.2018 Gündəlik Bürclər (26 Noyabr 2018 Günlük Bürclər)

25 Kasım 2018
7 130
0
26.11.2018 Gündəlik Bürclər (26 Noyabr 2018 Günlük Bürclər)
Qoç- Müəyyən qədər xərc çəkəcəyiniz gözlənilir. Əgər bu, xeyirxah istiqamətə yönəlibsə, bundan yalnız məmnun olmaq lazımdır. Bugünkü təqvimdə kimlərisə sevindirmək böyük savabdır.

Buğa- Astroloji göstəricilərə əsaslansaq, bu təqvimi nisbətən gərgin şəraitdə başa vuracaqsınız. Neytral olmağa çalışın. Səhhətinizi qorumağınız da məsləhətdir. Bu gün uzaq səfərə çıxmaq münasib deyil.

Əkizlər- Aktiv fəaliyyətə ara verməlisiniz. Əks təqdirdə, cəhdləriniz boşa çıxacaq. Sizin üçün ən düşərli məqam işgüzar görüşlərdə iştirak etmək və ya yaxın ünvana qonaq getməkdir.

Xərçəng- Ümumi əhvalınızda gərginlik müşahidə olunsa da, ətrafınızda olan adamlar ovqatınızı az da olsa, yüksəltməyə çalışacaq. Hətta axşama doğru sevindirici xəbər də eşidə bilərsiniz.

Şir- Ulduzlar şəxsi taleyinizdə müəyyən dönüş yaranacağından xəbər verir. Özünüzü hazır bilsəniz, sözügedən proseslərə daha tez nail ola bilərsiniz. Məsləhətlərə ehtiyacınız var.

Qız- Maddi problemlərinizin olmasına baxmayaraq, ruhdan düşməyin. Əksinə, əzmkarlığınızı daha da artırmaqla bu kimi psixoloji sarsıntıları dəf etməlisiniz. Rəhbər işçilərlə mübahisə etməyin.

Tərəzi- Əsas diqqətinizi ailə-sevgi münasibətlərinin tənzimlənməsinə yönəldin. Əgər bu istiqamətdə uğurlar əldə etsəniz, digər problemləriniz kölgədə qalacaq. Axşam qonaq gedin.

Əqrəb- Günün ilk yarısı əməkdaşlıq zəminində uğurlu gedişlərə nail olmaq üçün çox səmərəlidir. Aldığınız hər bir təklifi razılıqla qarşılayın. Çünki ulduzlar qarşıdakı yeni işlərə “hə” deyir.

Oxatan- Təxminən saat 14-ə qədər ümumi ovqatınızda süstlük müşahidə olunsa da, sonrakı müddət normal tərzdə cərəyan edəcək. Çıxardığınız hər bir qərarın nəticəsi barədə düşünün.

Oğlaq- Hər mənada uğurlu gün hesab etmək olar. Göy qübbəsi sizi müdafiə etdiyindən nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Açıq havada çox durmayın.

Dolça- Təzə xəbər eşidəcəyiniz gözlənilir. Hətta peşənizdən asılı olaraq yeni iş təklifləri də ala bilərsiniz. Günün ikinci yarısında xeyirxah adamlarla rastlaşma ehtimalınız var.

Balıqlar- Yeni əlaqələr yaratmaq üçün böyük şansınız var. Bu, istər işgüzar istiqamətdə, istərsə də səmimilik zəminində real proqnozdur. Odur ki, oturaq işlərə ara verib aktivlik göstərin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.