21.12.2018 Gündəlik Bürclər (21 Dekabr 2018 Günlük Bürclər)

20 Aralık 2018
6 055
0
21.12.2018 Gündəlik Bürclər (21 Dekabr 2018 Günlük Bürclər)
Qoç- Ulduzların sizə verdiyi tarixi fürsətdən bəhrələnməyə çalışın. Bütün gücünüzü səfərbər edin. Boş dayanmaq məğlubiyyətdir. Yaxşı mənada hər bir vasitədən istifadə edin.

Buğa- Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də nahardan sonra uzaqgörənliyə ehtiyacınız olacaq.

Əkizlər– Bu gün saat 15:12-dən öz bürcünüz "hakimiyyətə" gəlir. Bu isə o deməkdir ki, digər bürclərlə müqayisədə ən enerjili siz olacaqsınız. Ulduzlar daha çox maliyyə imkanlarınızın genişlənəcəyini bildirir.

Xərçəng- Ətrafınızdakıların sizin kimi olmamasından məyus olursunuz. Unutmayın ki, hər kəsin öz xarakteri var və reallığa düzgün yanaşmalısınız. Kobud adamlara qarşı sərt mövqe sərgiləyin.

Şir- Hər bir münaqişədən uzaq olmağa çalışın. Rəqib və düşmənlərinizdən qisas almaqdansa yarımçıq planlarınızı yekunlaşdırın. Ailə-sevgi münasibətlərində səbrli və mülayim olun.

Qız - Bütün gücünüzü fəaliyyətə həsr etsəniz, ötən günlərdən yarımçıq qalmış problemləri dəf edəcəksiniz. Uzaq səfərə çıxmaq fikrindən daşının. İşgüzar sövdələşmələrdən yan keçməyin.

Tərəzi- Planetlərin yerdəyişməsinə təsadüf edən bu təqvimdə yaxşı olar ki, vacib işlərinizi təxirə salasınız. Vaxt tapıb müqəddəs ziyarətgahlarımıza səfər edin. Axşam maraqlı insanlarla üzləşəcəksiniz.

Əqrəb- Hansısa sövdələşmə ilə bağlı bəzi anlaşılmazlıq yarana bilər. Lakin bunu zorakı üsullarla yoluna qoymaq səmərəsizdir. Axşama doğru yaxınlarınız tərəfindən sevinəcəyiniz gözlənilir.

Oxatan- Gün ərzində yalnız adi işlərlə məşğul olmağa çalışın. Hansısa ciddi məsələyə müdaxilə etmək, risklərə meyllilik arzuolunmazdır. Xüsusən də saat 15-dən sonra ayıq-sayıq olun.

Oğlaq- Şəxsi büdcənizi artırmaq üçün geniş imkanlar qazansanız da, bu təqvimi mübahisəsiz başa vurmayacaqsınız. Ulduzlar son vaxtlar səbrsiz və əsəbi olmağınızdan şikayət edir.

Dolça- Nədənsə son vaxtlar ulduzların tövsiyələrinə əməl etmirsiniz. Belə passivliklə irəli getməksə çox çətindir. Bu səbəbdən də nahardan sonra gözlənilən önəmli şanslardan bəhrələnməlisiniz.

Balıqlar- Rastlaşdığınız problemləri dinc yolla həll etməyə çalışın. Kənar müdaxilələrə o qədər də əhəmiyyət verməyin. Günün ikinci yarısı aldığınız hər bir dəvəti təxirə salın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.