20.01.2021 Gündəlik Bürclər (20 Yanvar 2021 Günlük Bürclər)

19 Ocak 2021
3 460
0
20.01.2021 Gündəlik Bürclər (20 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Günün əsas hissəsini cansıxıcı işə həsr etməli olacaqsınız. Əsəb gərginliyi ailədə mübahisələrə səbəb ola bilər. Şəraiti dəyişməyi, arada istirahət üçün fasilə verməyi unutmayın. Sizin pozitiv enerjiyə ehtiyacınız olacaq. Yaxşı olar ki, bir az tez yatasınız.

Buğa
Gün xoşagəlməz sürprizlər gətirəcək. Yaxınlarla münasibət qurmaq çətin olacaq. Bu gün gəzinti əhval-ruhiyyənizə müsbət təsir göstərə bilər. Istənilən şərait dəyişkənliyi fayda verəcək. Maddi durumunuz alış-veriş etməyə imkan yaradacaq.

Əkizlər
Bu gün bir sıra çətinlikləriniz olacaq. Yola çıxmaq məsləhət görülmür. Siz özünüzü dost-tanışlarınızın əhatəsində daha yaxşı hiss edəcəksiniz. Bu baxımdan gün daha çox köhnə dostlarla görüş üçün münasibdir.

Xərçəng
Bu gün qonaq qəbulu baxımından münasib zaman sayılır. Günün maliyyə mənzərəsi də ürəyinizcə olacaq. Amma əlinizdəki vəsaitdən ağıllı istifadə etməyə çalışın ki, sonradan pis vəziyyətə düşməyəsiniz.

Şir
Uğurlu gündür. Bu gün öz maraqlarınızdan çıxış edərək, istəklərinizi həyata keçirə bilərsiniz. Günün ikinci yarısı planlaşdırılmış görüşlər aparılması üçün münasibdir. Artıq problemlərdən qaçmaq üçün uzaq qohumlarla təmasdan yayınmaq məsləhətdir.

Qız
Çalışın ki, həyəcan və gərginlikdən uzaq olasınız. Ruhi sakitliyinizi qorusanız, gününüz rahat keçər. Gündəlik işlər, adi məsələlərə cavab tapmaq üçün münasib zamandır. Günün ikinci yarısı ehtimal ki, yola çıxacaqsınız, ehtiyatlı olun.

Tərəzi
Neqativ tendensiyalarla mübarizədə məğlub olmaq fikrində deyilsiniz. Çətin işdən imtina etməklə düzgün hərəkət etmiş olarsınız. Kompüterin arxasında saatlarla vaxt keçirmək, yağlı qidalar yemək və spirtli içki içmək məsləhət deyil.

Əqrəb
Rəqibləri geridə qoymaq asan olacaq. Rəqiblərinizin başı daxili konfliktlərə qarışmışkən siz məqsədinizə doğru irəliləyəcəksiniz. Günün maliyyə mənzərəsi ürəkaçandır. Uzaqdan xoş xəbər alacaqsınız. Bürcün bir çox nümayəndələri bu xəbərdən sonra öz həyatlarını dəyişmək fikrinə düşəcəklər.

Oxatan
Həyəcan, təlaş və şübhə dolu bir gün yaşayacaqsınız. Yalnız sizi həqiqi mənada sevənlər bu gün sizin kaprizlərinizə sakit yanaşacaqlar. Yarımçıq qalmış işlərdən bu gün yapışmayın.

Oğlaq
Işdə gözlənilməz uğur qazanacaqsınız. Istənilən məsələnin həllində bəxtiniz gətirəcək. Bürcün bir çox nümayəndələri üçün bu gün həyatlarının yeni başlanğıcı olacaq. Özünüzə inanın və ən başlıcası, mübarizlik əzminizi itirməyin.

Dolça
Sizin üçün çətin və xoş keçməyən gün olacaq. Həllini gözləyən işlərə baxdıqca bədbinləşməyin, əksinə, daha da mübariz olun. Ən əsası, özünüzə olan inamınızı itirməməkdir. Özünüzü soyuqdan da qoruyun. Çünki “Dolça”ların xəstələnmək ehtimalı var.

Balıqlar
Çoxdan başladığınız işləri bu gün tamamlaya bilərsiniz. Düzdür, diqqətinizi cəmləməkdə çətinlik çəkəcəksiniz, amma qohumlar və dostların yardımından faydalana bilərsiniz. Istəklərinizi həyata keçirə biləcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.