24.01.2021 Gündəlik Bürclər (24 Yanvar 2021 Günlük Bürclər)

23 Ocak 2021
3 100
0
24.01.2021 Gündəlik Bürclər (24 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Ünsiyyət, yeni tanışlarla əlaqə üçün əlverişli gündür. Ciddi əlaqələr gözlənilməsə də, vaxtınızın əla keçəcəyinə söz ola bilməz. Xırda işləriniz çox olacaq. Bu işlər də sizə cansıxıcı görünəcək. Bu gün gərgin fiziki işlə məşğul olmaq məsləhət deyil.

Buğa
Həmkarlarınızla, rəhbərliklə ünsiyyətdə olarkən emosional davranışınızın həddini aşması artıq problemlər yarada bilər. Siz istənilən tənqidə kəskin reaksiya verirsiniz. Işiniz bəyənilmədikdə ciddi şəkildə qəm dəryasına batırsınız. Bu üzdən də işgüzar danışıqlar yaxşı keçməyəcək. Qarşı tərəf əməkdaşlığın bitməsi təklifilə çıxış edəcək.

Əkizlər
Bu gün istənilən mövzuda həll edilməsi vacib olan işlərlə məşğul ola bilərsiniz. Bura istər tikinti, istərsə də mebel almaq kimi işlər daxildir. Çalışın ki, həyat enerjinizdən maksimum dərəcədə istifadə edəsiniz. Ailədə də, dostların əhatəsində də lider olacaqsınız.

Xərçəng
Gün gözlənilməz hadisələrlə zəngindir. Həmçinin cəsarət tələb edən hansısa layihənin təməlinin qoyulması baxımından məhsuldardır. Təəssüf ki, günün maliyyə mənzərəsi ürəkaçan olmayacaq. Itki olacaq, amma gəlir hələ “yoldadır”. Bu da həm həyəcanlanmağa, həm də bir sıra planlarınızdan imtina etməyə səbəb olacaq.

Şir
Vaxtında düzgün qərar verməklə həmkarlarınızla münasibətlərdəki çətinliklərdən qaça biləcəksiniz. Hadisələrin yaxşı istiqamətdə inkişafına sizin xəyallarınız mane ola bilər. Xəyallardan qaçmaq ən düzgün qərar olar. Günün yarısını başqalarının probleminin həllinə həsr edəcəksiniz.

Qız
Bu gün özünüzə müttəfiq tapacaqsınız. Onunla əməkdaşlığınızın məhsuldar olacağı ehtimal edilir. Ulduzlar bildirir ki, bu gün istənilən texniki vəsait ala bilərsiniz. Bura kompüterdən tutmuş, mikroskopa qədər istənilən texniki cihaz aid edilir.

Tərəzi
Yeni perspektivlər açılacaq. Uğursuzluğunuzu unudun, çünki qələbələr sizi çox gözlətməyəcək. Ictimai tədbirlərdə iştirak edə bilərsiniz. Istənilən fəaliyyət üçün əlverişli gündür.

Əqrəb
Işgüzar danışıqlar üçün məhsuldar gündür. Bu gün hökumət adamlarıyla, siyasi partiya nümayəndələrilə ünsiyyətdə ola bilərsiniz. Çoxlu sayda xəbərlər alacaqsınız, uzaqdan aldığınız xəbərin daha maraqlı olacağı ehtimal edilir. Həll ediləsi xırda işlər çoxdur.

Oxatan
Gün böyük məsrəflərlə bağlıdır. Pulu əsasən şıltaq arzularınıza xərcləyəcəksiniz. Sonradan bunun peşmançılığını çəkəcəksiniz. Gün yaxınlara qayğı, ailə tədbirlərinin keçirilməsi baxımından münasibdir.

Oğlaq
Sərbəst intellektual fəaliyyət, təfəkkür üçün məhsuldar gündür. Elmi işlə məşğul olanların maraqlı ideyaları olacaq. Bürcün nümayəndələrinin şəxsi müstəvidəki problemləri barədə düşünməyə vaxtları qalacaq. Bunları həll etmək şansınızı qaçırmayın.

Dolça
Yeni işlərdən yapışmaq olar. Bugünkü ideyalarınız sayəsində ayın sonuna qədər yaxşı gəlir əldə edəcəksiniz. Işlərinizdə səliqə-sahman yaratmaq baxımından bir qadın dəyərli məsləhətlərini əsirgəməyəcək.

Balıqlar
Diqqəti cəlb etmək istəyirsiniz. Qələbə və uğurlarınızın diqqətdən kənarda qalması sizə pis təsir edir. Ən ağrılısı budur ki, kimlərisə mənasız yerə tərifləyib yuxarı başa keçirirlər. Ulduzlar bildirir ki, bugünlərdə kölgədə qalmaq daha yaxşıdır, çünki parlamaq üçün zaman hələ yetişməyib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET