30.01.2021 Gündəlik Bürclər (30 Yanvar 2021 Günlük Bürclər)

29 Ocak 2021
3 631
0
30.01.2021 Gündəlik Bürclər (30 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Bu gün işlə məşğul olmayın, çünki fikrinizi toplamaqda çətinlik çəkəcəksiniz. Bir sözlə, qarşınıza qoyduğunuz işi həll etməyə gücünüz yetməyəcək. Ehtimal ki, yaxınlarınız arasında münaqişə baş verəcək, siz də bu ailə münaqişəsinə qarışmalı olacaqsınız. O üzdən də gün gərgin keçəcək.

Buğa
Bu gün köhnə dostlarla, tanışlarla görüşəcəksiniz. Ehtimal ki, bu gün qarderobunuzda dəyişiklik etmək istəyəcəksiniz. O üzdən də məsrəflərə təəccüblənməyin. Bu mövzuda kənardan kömək gözləməyin. Axşamı sakit və adət etdiyiniz şəraitdə keçirin.

Əkizlər
Həyatınızda vacib rol oynayacaq xoş xəbər eşidəcəksiniz. Həyəcan və yeniliyə olan həvəs sizi idarə edəcək. Aldığınız təkliflərə – hətta onlar işgüzar xarakter daşısa belə – ciddi yanaşmayın. Ünsiyyətdə olarkən hisslərə azadlıq verməyin, təmkinli olun. Çünki sizin yanlış olduğunuz ehtimal edilir.

Xərçəng
Siz bir yerdə oturmursunuz, buna aşıb-daşan enerjiniz imkan vermir. Yeni işə girişmədən öncə dostlarla və ya qohumlarla məsləhətləşin. Onların məsləhəti sizin isti başınızı soyudacaq. Gün təsadüfi əlaqələr baxımından münasib hesab edilmir.

Şir
Sizi xoş təəssüratlar gözləyir. Onların bir çoxu maraqlı tanışlıq və görüşlərlə əlaqədar olacaq. Çoxlu məbləğdə pul xərcləyəcəyiniz də istisna edilmir. Bu üzdən də çalışın ki, sizin üçün vacib olanları alasınız.

Qız
Böyük qələbələrə imza atacaqsınız. Mötəbər şəxslərlə görüş sizin üçün faydalı olacaq. Gün daha çox intellektual və yaradıcı iş üçün münasibdir. Bu işlərdə sizdən yalnız diqqətinizi toplamaq tələb olunur.

Tərəzi
Maddi durumunuz yaxşılaşacaq. Bu da bir çox müxtəlif sferalarda fəaliyyətinizə müsbət təsirini göstərəcək. Ulduzlar bildirir ki, bürcün kişi nümayəndələri yeni işin qulpundan yapışmamışdan əvvəl köhnə işlərini tamamlamalıdırlar. Günün ikinci yarısında planlaşdırmadığınız alış-veriş etməyin.

Əqrəb
Bu gün başqa günlərdən fərqli olaraq, neqativ hallara, xoşagəlməz hadisələrə daha tez reaksiya verəcəksiniz. Bədbin fikirləri başınızdan atın. Ətrafda baş verənləri diqqətlə müşahidə edin. Bu, gələcək planlarınızı qurmaqda sizə yadımçı ola bilər.

Oxatan
Yaxınlarınızla aranızda mübahisə düşəcək. Siz stabil əhvalınızdan həzz ala bilməyəcəksiniz. Bilinməyən səbəblərdən şən əhval-ruhiyyə kədərlə əvəz olunacaq. Səhhətinizə diqqət yetirin, xəstələnmək ehtimalı böyükdür.

Oğlaq
Asanlıqla qəlbləri fəth edirsiniz. Sizin yeni bağlantınız gözlədiyinizdən də güclü olacaq. Ancaq ulduzların fikrincə, sizin seçiminiz uğursuzdur, həmin şəxsə bel bağlamaq olmaz. Qohumlarla, dostlarla görüşünüzü günün ikinci yarısına təyin edin.

Dolça
Fantaziyanıza sərhəd qoymayın. Ehtimal ki, bu gün yeni ideyalarınız olacaq. Gün daha çox kommersiya ilə məşğul olmayanlar üçün uğur vəd edir. Ehtimal ki, yeni gəlir mənbəyiniz olacaq və maddi vəziyyətiniz yaxşılaşacaq.

Balıqlar
Uzaq səfərə çıxmaqdansa evdə oturmağınız məsləhətdir. Xəstələnmək və ya zədə almaq təhlükəsi daha böyükdür. Ulduzlar tövsiyə edir ki, bu gün hansı işlə məşğul olmağınızdan asılı olmayaraq, hamısında səliqəli və dəqiq olun. Köhnə mübahisələr keçmişdə qalacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.