31.01.2021 Gündəlik Bürclər (31 Yanvar 2021 Günlük Bürclər)

30 Ocak 2021
3 651
0
31.01.2021 Gündəlik Bürclər (31 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Iş və şəxsi müstəvidəki problemlər bir-birinə qarışacaq. Işlərinizdə bütünlüklə səliqə-sahman yaratmaq cəhdiniz faydasız olacaq. Bu, artıq vaxt və güc itkisilə nəticələnəcək. Müttəfiqlərinizindən yardım istəyə bilərsiniz, onlar sizə rədd cavabı verməyəcəklər.

Buğa
Qadınlarla, hətta yaxın keçmişdə sizi müdafiə edənlərlə belə, dil tapa bilmirsiniz. Fikir ayrılığı o dərəcədə artacaq ki, bu, əlaqələrin kəsilməsilə nəticələnəcək. Işdəki atmosfer gərgin olacaq. Yaxşı olar ki, bu gün ev işilə məşğul olasınız.

Əkizlər
Hər bir işi atıb, uzaqlara getmək fikri beyninizdən keçəcək. Bu gün verəcəyiniz qərarların əksəriyyəti maliyyə itkisilə nəticələnəcək. Qadınlarla yaxşı dil tapacaqsınız. Yaşca sizdən böyük olan qohumlara qulaq assanız, həyatınızı yaxşılığa doğru dəyişə bilərsiniz.

Xərçəng
Konflikt yaşayacağınız ehtimal olunur. Günün emosional mənzərəsi ürəkaçan olmayacaq. Ətrafdakıların işlərinizə müdaxilə etməsi yaxşı nəticələnməyəcək. Siz öz maraqlarınızı müdafiə etməli olacaqsınız. Gün intellektual tapşırıqların yerinə yetirilməsi baxımından məhsuldardır.

Şir
Işgüzar münasibətləri tənzimləmək getdikcə çətinləşəcək. Siz kimin sizdən nə umduğunu müəyyənləşdirmək məsələsində dolaşığa düşəcəksiniz. Sözü insanın arxasınca deyil, üzünə demək tərziniz də effekt verməyəcək. Günün ikinci yarısında ağlınıza gələn ideya gəlirinizi artıracaq.

Qız
Işgüzar əlaqələr üçün münasib olmayan gündür. Siz istənilən vədə tez aldanırsınız. Bu gün əməkdaşlığa dair sənədi imzalamağınız məsləhət deyil. Yaxınlarınız sizin işsizliyinizdən bezəcəklər və bunu gizlətməyəcəklər. Çalışın, mübahisələrə yol verməyəsiniz.

Tərəzi
Siz özünüzə aid olanı qoruyub saxlamaqla yanaşı, başqalarına məxsus olanı da özününküləşdirirsiniz. Bu yol sizi konfliktə aparacaq. Mötəbər şəxs hesab olunan düşməninizin ayağını basacaqsınız. Təbii ki, qarşı tərəf də ən müvafiq zamanda cavab zərbəsini endirəcək.

Əqrəb
Böyük ümidlər bəslədiyiniz planlar reallaşmayacaq. Buna problemlər, gündəlik qarşılaşdığınız çətinlikləri də əlavə etsək, günün ortalarında əhvalınızın korlanmasının səbəbini bilmək çətin olmaz. Elmi yaradıcılıqla məşğul olan “Əqrəb”lər digərlərilə müqayisədə uğurlu gün yaşayacaqlar.

Oxatan
Bu gün fiziki baxımdan çox gümrah və şən olacaqsınız. Bu isə çətinliklərə əhəmiyyət verməməyinizdən irəli gələcək. Mənəvi dəstəyə ehtiyacı olanlarla həyat təcrübənizi paylaşacaqsınız. Təəssüf ki, günün maliyyə mənzərəsi uğurlu deyil.

Oğlaq
Evdə və işdəki şərait əsəb gərginliyi keçirməyinizə səbəb olacaq. Məsləhətləşməyə də adam tapmayacaqsınız. O üzdən də ulduzlar sakitləşərək, soyuq başla qərar qəbul etməyi tövsiyə edir. Gün əmlak bölgüsü, vergi ödənişi, öhdəliklər mövzusunda hüquqi sənədin imzalanması üçün əlverişlidir.

Dolça
Gün kifayət qədər həyəcan gətirəcək. Uşaqlıq qorxusu, küskünlük və ya kompleksli olmağınız bu gün özünü göstərəcək. Keçmişinizə bələd olan yaşlı qohumlardan birilə aranızda konflikt düşəcəyi gözlənilir. Işdə bu gün uğur qazanmaq mümkün deyil, çünki diqqətsizliyə yol verəcəksiniz.

Balıqlar
Ünsiyyət üçün çətin gündür. Yaxınlarınız sizi qıcıqlandıracaqlar və onlarla dil tapmaq çətin olacaq. Bürcün sevən cütlükləri üçün çətin gün olacaq. Onları tələyə düşmək təhlükəsi gözləyir. Çətin işgüzar tapşırıqların öhdəsindən yaxşı gələcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.