05.04.2021 Gündəlik Bürclər (5 Aprel 2021 Günlük Bürclər)

04 Nisan 2021
3 503
0
05.04.2021 Gündəlik Bürclər (5 Aprel 2021 Günlük Bürclər)
Qoç
Baş verənlər narahatlıq, diskomfort, müvəqqəti olaraq tənhalıq hissi yarada bilər. Borcları qaytarmaq, kredit üzrə ödəniş etmək üçün yaxşı vaxtdır. Işdə qayda yaradılması, təşkilati məsələlərlə məşğul olun.

Buğa
Şəxsi münasibətlərdə asan olmayan dönəmdir. Gözləntilərin uzandığı məqamda hövsələsizlik emosional partlayışa səbəb ola bilər. Başqa birinin diqqətinizi çəkməsi istisna deyil.

Əkizlər
Önəmli gündür. Qəza, münaqişə riski artır. Neqativ potensiallı insanlar sizə yaxınlaşır. Təxribatlara cavab verməyin. Borc almayın, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.

Xərçəng
Bu gün tələsməyin, soyuqqanlı və təmkinli davranın. Təşəbbüskarlığı minimuma endirin. Ev işlərinə və yaxınlarınızla münasibətlərə laqeyd qalmayın. Valideynlərinizlə danışın, onlara diqqətinizi xoş vasitə ilə izhar edin.

Şir
Yeniliklərə və sürətli, ani qərarlara hazır olun. Qəfil çətinliklər və planların pozulmasını sakit qarşılayın. Izafi səy göstərməyin, çünki əsas məqsədə çatmaq asan deyil. Səhhətinizi də unutmayın.

Qız
Münasibətləri aydınlaşdırmağa çalışmayın. Fəaliyyətnizin maliyyə məqamlarına xüsusi diqqət ayırın. Günün ikinci yarısında fiziki işlə məşğul olun. Axşam saatlarında yaxşıca dincəlin.

Tərəzi
Kollektivdəki ab-hava pisləşə bilər. Münaqişə və ya mübahisə istisna deyil. Məğlubiyyət qələbəyə dönə bilər. Baş verənlərin məğzinə varın. Ilkin təəssürat aldadıcıdır.

Əqrəb
Yeni işlər, tapşırıqlar və qayğıların sayı artır. Yaxın ətrafınızdakı insanlar sizdən daha çox nəticə istəyirlər. Yaşananlara həyəcan, təlaşla baxmayın. Işinizin keyfiyyətini yaxşılaşdırın. Bəzi problemlər isə sizin iştirakınız olmadan həllini tapacaq.

Oxatan
Cazibədar ideyanın təsiri altına düşə bilərsiniz. Tələsməyin, təcrübəli insanla məsləhətləşin. Axşam saatlarında səhhətinizin qeydinə qalın. Yeni işə başlamaq üçün əlverişli gündür.

Oğlaq
Yaxın ətrafınızdakı insanlar arasında sizə dəstək verməyəcək adamların varlığını sakit qarşılayın. Gəlirli məsələnin bazisinin hazırlanması üçün əlverişli gündür. Gün ərzində baş verənlər ciddi təhlil tələb edir. Qərarlar dəyişə bilər.

Dolça
Məqsədlərinizlə hədəflərinizi dəqiqləşdirəndən sonra aktiv çalışmağa başlayın. Illüziya və xülyalardan imtina edin. Inadkar, əzmli, qətiyyətli olun. Qüvvənnizi dəqiq hesablayın, hadisələri tələsdirməyin.

Balıqlar
Yenidənqurma və dəyişikliklər faydalı ola bilər. Tərəfdaş və ya iş yoldaşı ilə münasibətlərdə mövqelərin toqquşması münaqişəyə səbəb ola bilər. Dəqiq şəxsi mövqe tutun. Mühüm məsələlərin həllinə yaradıcı tərzdə yanaşın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.