Qatil və öldürlən məktəbli qızın nakam sevgisinə dair sübutlar – FOTO (ÖZƏL)
Bakının Nizami rayonunu ərazisində 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızını qətlə yetirən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib.
O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:
“Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən İ.Hüseynov barəsində cinayət işi başlanılıb. İstintaq zamanı qətl hadisəsinin təfərrüatlarına aydınlıq gətiriləcək.
FeaT.az apardığı araşdırma nəticəsində cütlüyün bir-birini həqiqətən sevdiyinə dair təkzibolunmaz dəlillər əldə edib. Əldə etdiyimiz eksklüziv fotoları təqdim edirik