"Zolaqlı" tort (foto-resept)

03 Kasım 2015
2 258
1
"Zolaqlı" tort (foto-resept)
"Zolaqlı" tort (foto-resept)

Tərkibi:

300 q şokoladlı peçenye
360 q kəsmik
150 q şəkər tozu
300-400 q xama
20 q jelatin
1 plitka şokolad


Hazırlanması:

20 q jelatini 50 ml soyuq suda isladın. 40 dəqiqə saxlayın.

Kəsmiyi qaşıqla əzin, xama və şəkər tozu əlavə edib mikserlə çalın. Buraya şişmiş jelatini əlavə edin. Eynicinsli kütlə alınanadək mikserlə çalın.

Formanın içinə və divarlarına folqa döşəyin. Dibinə şokoladlı peçenyeləri düzün.
Üzərinə qaşıqla kəsmikli qarışıqdan qoyun, yayın. Sonra yenə peçenyeləri düzüb kəsmikli qarışıq çəkin. 4+4 belə lay hazırlayın.
Soyuducuda 2-3 saat, ən yaxşısı- bir gecə saxlayın. Hazır tortu boşqaba tərs çevirib folqanı çıxarın, üzərinə əridilmiş şokolad gəzdirin.


"Zolaqlı" tort (foto-resept)

"Zolaqlı" tort (foto-resept)

"Zolaqlı" tort (foto-resept)

"Zolaqlı" tort (foto-resept)

"Zolaqlı" tort (foto-resept)

"Zolaqlı" tort (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Görünüşü superdi yəqin dadıda elə olar)
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.