Mətbəx sirləri: Çilli desert

24 Ağustos 2014
1 761
13
Mətbəx sirləri: Çilli desert
Mətbəx sirləri: Çilli desert


Tərkibi:

300 q kəsmik
400 ml xama
200 q şəkər tozu
20 q jelatin
4 x.q. kakao tozu
20 q şokolad yonqarı


Hazırlanması:
Jelatini qablaşdırmasında göstərilən qaydada 100 ml suda isladın.

Kəsmiyi, xamanı və şəkər tozunu çalın.

Jelatini əriyənədək qızdırın, azca soyudun (qazançanı soyuq suyla isladılmış dəsmalın üstünə qoyun), kəsmikli qarışığa əlavə edin, qarışdırın.

Qarışığın 100 ml-ni kulinar şprisinə doldurun.

Qalan qarışığa kakao tozu əlavə edib bir daha çalın.

Formanın içinə qida plyonkası döşəyin, şokoladlı qarışığı içinə tökün.

Sonra isə şprisi şokoladlı qarışığa salaraq ara-bərədə bəyaz kürələr sıxın.

Bəyaz qarışıqdan qalarsa, desertin üzərinə çəkin, soyuducuya qoyub 3-4 saat saxlayın.

Hazır olandan sonra boşqaba tərs çevirin, üzərindəki plyonkanı çıxarın.

Üzərinə şokolad yonqarı səpin.

Nuş olsun!



Redaktə etdi: ChoCoLaTe
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
semsiyye
Cox gozel gorsenir.tesekkurler
AleDa
  • AleDa
  • 2 Aralık 2015 21:58
Gesey gorunur. Ama men bele reseptlerı ele de beyenmırem..
♥♥♥AyKa♥♥♥
menede verindeeeeeeeeeeeee 32

yaa banaa verin beeeeee
User1
  • User1
  • 16 Mart 2015 23:38
İsdiyireeeeeemmmmm
Omrum Ikimizin
Dadli gorsenir mende istiyrirem
ЗайкА)
bəyəndim) hazırLayacam, təşəkkürLər resept üçün
More
  • More
  • 25 Ağustos 2014 05:30
Hazırlayaп oLsa nə yeyərdim
.::American Girl::.
Sağ olun ac deyiləm
..::CeDRiK::..
ağzım sulandı


-мəпdə dลvล çoxdล yoxdu,söz kəLMə мəsəLəsi.Dลvลyล qลLsล,əyгi qoyuв düz мəsəLəsi..!
PreNseS
Hazirlayacam teşekkür......