Nyu-Orleana səyahət

17 Kasım 2015
1 218
4
Nyu-Orleana səyahət
Nyu-Orleana səyahət

Nyu-Orleana səyahət

Nyu Orlean , ABŞ-ın Luiziana əyalətinin ən böyük şəhəri, Meksika körfəzi ilə Ponçartreyn gölü arasında yerləşir və dünyanın ən səs-küylü liman şəhəridir. Çox zəngin mətbəxi və mədəniyyəti ilə seçilir. İldə 10 miliyondan çox turist qəbul edən Orlean çox əyləncəli bir şəhərdir.

FeaT.aZ Ans Press-ə istinadən sizlərə Nyu Orleanın maraqlı cəhətlərindən söhbət açır.

Nyu-Orleana səyahət

Caz musiqisinin 1880-ci illərdə yaranıb inkişaf etməyə başladığı Nyu Orlean Amazon və Nildən sonra düyanın 3-cü böyük liman şəhəridir. Əvvəllər zənci musiqiçilərin improvizə etdikləri bu musiqi növü, getdikcə küçələrdə verilən konsertlər sayəsində hər kəsin sevdiyi musiqiyə çevrilir.

İndiyə qədər də Nyu-Orlean cazz musiqisinin vətəni adlandırılır. Hər il minlərlə məşhur sənətçi bura gələrək, saysız-hesabsız festivallar təşkil edir. Buranın turizmi cazz üzərində qurulub.Yalnız 45 dollar ödəməklə gün ərzində onllarla konsert dinləyə bilərsiniz.

Nyu-Orleana səyahət

Nyu-Orleana səyahət

Nyu Orlean cazz və əyləncənin beşiyi olsa da, çox talesiz bir yerdir. Yaxın tarix ərzində selllər, daşqınlarala bərabər zənci-ağ qarşıdurmaları, irqçiliyin və yoxsulluğun yaşandığı bir bölgədir. Yoxsul təbəqənin əksəriyyətini zəncilər təşkil edir. Keçmişdə kölə olaraq, çox ağır şərtlər altında işləyib bu şəhəri salan zəncilərin yandırılmasına qədər irqçiliyi anladan “Missisipi yanır” filmi əslində Nyu-Orleanın tarixindən bəhs edir. Amerikanın neft istehsalının dörddə birini idxal etməsinə baxmayaraq işsizlik dərəcəsi 50% təşkil edir.

Nyu-Orleana səyahət

Nyu-Orleana səyahət

Nyu-Orleanda ilk olaraq küçələri tanımaq əsas şərtlərdən biridir. Fransız zamanında qalma və hələ də Fransız təsirlərinin özünü göstərdiyi French Quarter şəhərdə turistlərin ən çox heyran qaldığı yerdir. Garden District və Uptown tarixi bölgələri və buradakı evlərə heyran qalmamaq sadəcə mümkün deyil. Küçələr antik əşyalar satan mağazalarla dolub-daşır.

Nyu-Orleana səyahət

Nyu-Orleana səyahət

Şəhər öz maraqlı gəzinti turları ilə də məşhurdur. Çarxlı gəmilərlə cazz sədaları altında yemək yeyərək çay gəzintisi buna ən gözəl nümunədir.

Nyu Orlean su səviyyəsindən çox aşağıda olduğundan qəbirləri monumental şəkildə, torpağın üstündə düzəltmişlər. Bu şəhər cadugərləri ilə də çox məşhurdur.

Nyu-Orleana səyahət

Nyu-Orleana səyahət

Şəhərin ən yaxşı muzeyləri “New Orleans Museum of Art və WW II Museum” dur. Muzeyin arxa hissəsində məşhur heykəltəraşların əsərlərinin yer aldığı Heykəl Bağçası yerləşir. Audubon Parkı təbiət sevərlərin ideal seçimidir. Burada ABŞ-ın 4-cü böyük zooparkı yerləşir. Müasir sənət qalareyalaının yerləşdiyi Julia Street, Luiziana orkestrının konsertləri bu küçənin bəzəyidir.

Cazz dedikdə hər kəsin ağlına dahi cazmen Luis Armstrong gəlir. Bu gün Nyu Orelanda hava limanı belə onun adını daşıyır. Nyu Orleanda anadan olan, sənətkarın cazz festivallarının başladığı yerdə, Congo meydanında heykəlidə var.

Nyu-Orleana səyahət

Nyu-Orleana səyahət

Dadlı mətbəxi ilə yaddadşınıza həkk olacaq Nyu-Orlean, Fransız mətbəxindən təsirlənsə də, İspan və Karib adaları mətbəxindən də öz bəhrəsini götürüb. Acı Tabasco sosusu ilk dəfə olaraq Nyu-Orleanda hazırlanaraq istehsal olunub.

Nyu-Orleana səyahət
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    gezmeye deyer yermiw gedib gezesen :) ellerine salik
  2. Bella
    • Bella
    • 18 Kasım 2015 16:21
    Xəbər çox xoşuma gəldi. Çünki bu tipli xəbərləri çox oxumuşam. Amma bunun digərlərindən fərqi odur ki, burada həm şəhər, həm şəhərin küçələri, muzeyləri, eyni zamanda göz oxşayan yerləri, hətta mətbəxi ilə bağlı da məlumat verilib. Bu da bizim Nyu- Orlean şəhəri ilə bağlı ətraflı məlumat almağımıza kömək edir) sağ olun paylaşdığınız üçün)
  3. -Aydan-
    -Maraqlı xəbər idi..
    -Təşəkkürlər
    -Bilmədiklərimi öyrəndim...
  4. Laura
    • Laura
    • 17 Kasım 2015 22:32
    Nə gözəlll xəbərdi əllərinə salıqq))
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.