Əlüstü kartof qızartması (foto-resept)
Tərkibi:
3 kartof
2 yumurta
duz
istiot
ədviyyat (zövqə görə)
Hazırlanması:
Kartofu sürtgəcin iri gözündən keçirin. Yumurta, duz, istiot, sevdiyiniz ədviyyat vurub yaxşıca qarışdırın.
Qaşıqla götürərək qızdırılmış tavaya blinçik kimi yayın (bütün tava boyu). Hər iki üzünü qıpqırmızı qızaranadək bişirin.
Nuş olsun!