"Qırmızıpapaq" salatı (foto-resept)
Tərkibi:
150 q toyuq
1 qırmızı bibər
150 q pekin kələmi
1 yumurta
2 x.q. yaşıl noxud konservi
150 q pomidor
şüyüd
5 x.q. mayonez
duz
Hazırlanması:
Pekin kələmini xırda doğrayın.
Bişmiş toyuq ətini və bibəri xırda kubik doğrayın.
Göy noxudun suyunu süzüb salata əlavə edin.
Bişmiş yumurtanı xırdalayıb əlavə edin.
Soğanı xırda doğrayıb salatla qarışdırın. Mayonez vurun.
Salatı qaba yığın, üzərini hamarlayın.
Pomidorları doğrayıb xırda doğranmış şüyüd və duzla qarışdırın. Bunu salatın üzərinə qoyun.
Nuş olsun!