Mən gecəni sevirəm

03 Haziran 2015
4 337
0
Mən gecəni sevirəm
Mən gecəni sevirəm
Mən gecəni sevirəmMən gecəni sevirəm
Qaranlıq dünyada yaşamağı
Heç kim görmür ağladığımı
Kədərimə bürünürəm bütün gözəlliyi ilə
Və azadca axır göz yaşlarım..
Qorxusuzca damla-damla..

İsladır yanağımı
Mən gecəni sevirəm
Gecənin səssizliyini
Və qaranlıqda xəyallarda gizlicə sənə çatmağı
Həsrətinlə qucaqlaşıb sakitlik dənizinə yol almağı sevirəm mən.
Mən gecəni sevirəm.
Yalançı gülüşlərə məcbur deyiləm artıq.
Maska yoxdur üzümdə
Olduğum kimiyəm gecələrdə,kədər və həsrət dolu ürəyimlə
Və səninlə....
Taki gün doğana qədər
Gün doğarkən aydınlaşarkən dünya...
Mən sənə vida edirəm...
Bağlayıram ürəyimin pəncərələrini..
Bağlayıram gizli-gizli pəncərələri..

Kədərimi və həsrətimi saxlayıram ürəyimdə
Taxıram gülümsəyən maskamı,
Oynayıram yenidən həyat oyununu
Mən gecəni sevirəm
Gecələrdə sən varsan sakitlik var
Xəyallar var sənə qovuşduğum,ümüdlər var addım-addım yaxınlaşdığım.
Gecələrdə çox şey var..

Sevgiyə və sənə aid...
Mən gecəni sevirəmMən gecəni sevirəm
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.