Sən mən ola bilmədin

16 Eylül 2014
1 835
0
Sən mən ola bilmədin
Sən mən ola bilmədin



Hansı tərəfə çevirsəm başımı, bir “SəN” baxır mənə....
Ulduzlar parlıyır yenədə gecəmdə, ha tərəfə baxıram bir “SƏN” baxır mənə......
Nə vaxtki ürəyim alışır,ağlamaq istıyir və nə vaxtki göz bəbəklərimdən 2 damla yaş axır.... bir “SƏN” axırsan səssizliyimdən şəhəri oyandıran gecələrimdə.....
“Nə vaxt səni düşünürəm” desəm yalan olar....həmişə ağlımdasan,içimdəsən.
Hər saniyə bir “SƏN” çırpılır ağlıma......

Əllərimi tanrıya dua etmək üçün hər açdığımda SƏN batırsan ovuclarımda, SƏN baxırsan bir körpənin gözlərində, bir körpənin gülüşündə SƏN gülürsən, bir SƏN sevilirsən o qədər ürəyin arasından...Hər şey SƏN olursan...
o qədər SƏN bir MƏN olmur sevgilim!
Bir tək mənim kimi sevməyi bacara bilmirsən.....


Hər toxum səpdikdə torpağa bir neçə gündən sonra SƏN bitirsən. Sən gedəndə bir ağac əkmişdim evimin qarşısında,gün keçdikcə böyüdü,heç ucu bucağı görünmür...İndi qapımın üstünə düşən çoxlu budaqları var,onları kəsməliyəm...
Çünki hər qapıdan çıxanda bir SƏN çırpılır sifətimə....
Niyə yağışlara bənzətdimki səni? Indi hər yağışda sən yağırsan bu şəhərə....
Sənə günəşim deməsəydim kaş ki...hər səhər yatağıma SƏN düşürsən pəncərəmdən...
Lənət olsun! Kaşki ürəyim deməsəydim sənə....indi hər an SƏN atırsan içimdə
SƏNdən qurtulmağın bir yolu yoxdur? Mən indi hər dəfə dənizə gedib canıma qıymaq istəsəmdə yenədə qıya bilmirəm sənə...
Kaşki bu can səninlə yaşayır deməsəydim sənə...
Hər şey SƏN olursan amma bir MƏN ola bilmirsən sevgilim ola bilmirsən...
Yaşamağın üçün məndən getməlisən...
Yaşaya bilməm üçün mənimlə olmalısan....
SƏNi yaralayıram amma özüm qanıyıram..Sənin üçün darıxmağı ən çox bir mən bilirəm,bilki ürəyimi incidən bu yaraya inad, səni çox sevirəm...Gedəndə çəkdiyim “AH” a inanma, sənə məndən heç bir pislik gəlməz. Yanında məndən yaxın biri olsada, hər şeyi inkar etmiş,inandırmış olsanda, və ona duyğulanmış sevdalanmış olsanda
BİLİRƏM BU GECƏ MƏNİ DÜŞÜNƏCƏKSƏN!


Aldığın hər nəfəsdə məni düşünə bilərsən?
Əlini boş ürəyinə qoyanda məni hiss edə bilərsən?
Mənsiz həyatı qüruruna yedizdirə bilərsən?
Mən deyə bir gecə yoxsa,olmayan ulduzların işığı gözünü yandıracaq...Ağlamalarım gələcək ağlına, durduğu yerdə siqaretin sönəcək
Söyləmədiklərin dodağını isladacaq ta gözlərindən..
QƏTİYYƏN AĞLAMA,GECƏN XEYRƏ DEMİŞ KİMİ BİRTƏHƏR YOLA VER MƏNİ.
BU GECƏ MƏNİ DÜŞÜNƏCƏKSƏN........



Sevmə məni, xatırla! Özləmə məni amma UNUTMA!!!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.