Hər sevginin sonu bir əlvidadır!

19 Ekim 2015
4 675
1
Hər sevginin sonu bir əlvidadır!
Hər sevginin sonu bir əlvidadır!


Hər sevginin sonu bir əlvidadır!


Bir gün gözləmədiyin yerdə heç tanımadığın birinə təslim olmaq…Səbəbsiz yerə.
Bəlkədə səhv olduğunu bilə-bilə…Vaxtsız , amma bir gülüşlə birləşən iki həyat…
Necə də xoşbəxt ola bilərdik ....Artıq çox gec, sualları qoydum bir kənara..Səssiz həyatıma xoş gəldin həyatım…Gəlişinlə həyatı tapdım özlüyümdə …İndi hər şeyə tamam fərqli və qiymətli baxıram…Yanında çox xoşbəxtəm ,
Səninlə olanda mənə gülmək yaraşır.…Deyirəm ya sən məna verdin həyatıma ya da,
mən məna verdim sənin həyatına …Hələ də, içimdə qorxularım var amma danışa bilmədiyim qorxular…
Səni incitməkdən qorxuram və ya sənin məni incitməyindən qorxuram …
Uzaq durmaq istədikcə daha da, bağlanıram sənə, getmək istədikcə yaxınlaşıram sənə…
Özümə heç cür etiraf edə bilmirəm sənə vurulduğumu və yenidən aşiq olduğumu...Səninlə keçən hər gözəl günümün sonunda , ikimizlə əlaqədar arzular qururam.
Amma o dəqiqə ağlıma gələn cümlə:Hər sevginin sonu bir əlvidadır!
Səssizcə qışqırıram məni özündən ayırma…Səninlə yeni bir günə sabahın xeyir deyərkən. Mənimdə bir qəlbim var imiş, döyündüyünü hiss edirəm və sənə sarılarkən qulağına pıçıltı ilə söyləmək istədim.
Sadəcə xoşbəxtlikdən və həyacandan döyünsün ürəyim sevgilim demək istəyirdim amma deyə bilmədim….Hər sevginin sonu bir əlvidadır!... Gedərkən sadəcə yarımçıq cümlələrim qaldı mənə ..
Artıq bu şəhəri sevmirəm …Bu şəhərin küçələrində gəzmək istəmirəm ..
Hər şeyi unutmaq istədikcə bütün hər yer və hər küçə səni xatırladır mənə ...


Hər sevginin sonu bir əlvidadır!

Müəllif: ✿° ραρατγα °✿

Hər sevginin sonu bir əlvidadır!Hər sevginin sonu bir əlvidadır!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SaFFron
    Çox pessimistcə bir yazıdır.Başlıqla razı deyiləm,hər sevginin sonu əlvida deyil..Əməyinə görə çox sağol ama bu tip yazıları sevmirəm.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.