Məhəbbət Sindromu

09 Kasım 2015
1 318
2
Məhəbbət Sindromu
Məhəbbət Sindromu

Məhəbbət Sindromu

Beyində olan "məhəbbət sindromunu", yəni, fərdin "sevib-sevmədiyini" aşağıdakı zahiri əlamətlər vasitəsilə müəyyənləşdirmək mümkündür:

Məhəbbət Sindromu

Məhəbbət Sindromu Fərd məhəbbət (simpatiya) bəslədiyi şəxslə daha tez-tez görüşməyə can atır;

Məhəbbət Sindromu Onunla görüş zamanı (və ya onunla bağlı söhbətlərdə) emosional aktivləşir, (qanda adrenalinin miqdarının artması səbəbindən göz bəbəkləri böyüyür, parlaqlaşır, nəbzi, göz qırpması, tənəffüsü sürətlənir, danışığında (eləcə də, davranışında) məntiqi forma və məzmun azalır, buna müvafiq olaraq nitqi və davranışı oynaq, obrazlı və rabitəsiz forma alır (qanda həzz hormonu olan endorfinin miqdarının artımı səbəbindən); görüş zamanı Ona daha yaxın məsafədə durmağa can atır (dərinin elektrik müqavimətinin artdığı səbəbindən); görüşə can atır və görüşün daha uzunmüddətli olmasına çalışır (məs., onu evinə ötürərkən daha uzaq yolu seçir, tələsmir);

Məhəbbət Sindromu Onun emosional halı ona daha tez sirayət edir (məs., Onun şən halında sevinir, kədərlənəndə qəmlənir);

Məhəbbət Sindromu Onun yanında özünün yalnız yaxşı (Onun zövqünə uyğun) cəhətlərini büruzə verməyə cəhd edir (o cümlədən, səs tonu, davranışı, ətraf aləmə münasibəti və s. dəyişir); eləcə də, Onda yalnız yaxşı cəhətləri görür, mənfiləri sezmir, sezsə də dərhal rasionallaşdırır;

Məhəbbət Sindromu Onun yanında "açıq tipli" jestlərdən daha çox istifadə edir (məs., söhbət əsnasında hərdən qeyri-şüuri olaraq başmaqlarını çıxarıb ayağının ucunda oynatması kimi);

Məhəbbət Sindromu Fikirlərinin çox hissəsini O məşğul edir, o cümlədən, Onunla bağlı mövzular (taleyi, bioqrafiyası, həyat yolu və s.) onu daha çox maraqlandırır, bu barədə daha çox sual verir (istər Onun özünə və istərsə də ətrafdakılara);

Məhəbbət Sindromu Görüş zamanı diqqəti başqalarına nisbətən ən çox Onun danışdıqları və ya mimikaları üzərində cəmlənir;

Məhəbbət Sindromu Onun fikirlərinə avtoritet kimi inanır və Ona etimad göstərir, Onun hər hansı adi cəhətində də bir qeyri-adilik, təkrarsızlıq görür, valeh olur;

Məhəbbət Sindromu Uzun müddət xəyalında canlandırdığından, Onu özünün lap uşaqlıqdan tanıdığı bir dostu kimi qəbul edir;

Məhəbbət Sindromu Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarıb tapır, məs., zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında; münasibətlərin korlanmaması xatirinə mübahisədə güzəştə gedir, Ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya Onun müdafiəçisi kimi çıxış edir ya da kompaniyadan təcrid olur;

Məhəbbət Sindromu Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, Onun yanında özünü daha qorxusuz, inamlı və arxayın hesab edir;

Məhəbbət Sindromu Müəyyən səbəbdən hissini ətrafdakılardan gizlətmək məcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştah rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz və s. olur.


Fb Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    mehebetden sevgiden gozel ne var bu dunyada :) ellerine salik
  2. -Aydan-
    -Maraqlı məlumatlar idi bilmiridm..
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.