"Facebook"-dan növbəti yenilik

23 Ocak 2015
1 732
0
"Facebook"-dan növbəti yenilik
"Facebook"-dan növbəti yenilik


Sosial şəbəkə belə mesajları siləcək.

Dünyada ən nəhəng sosial şəbəkə öz istifadəçilərinin xəbər lentində səhman yaratmaq cəhdlərini davam etdirir. Növbəti “təmizləmə” saxta xəbərlərə aid olacaq. Facebook bu qəbildən olan məlumatları, istifadəçilərin onları gizlətmək və ya həqiqətə uyğun olmadığını qeyd etdikləri halda xəbər lentindən siləcək.

Feat.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Əsasən, öncədən yalan olduğu bəlli olan məlumatların – məsələn, məşhurların ölümü, qəzalar və s. barədə informasiyanın silinməsi planlaşdırılır. Bununla yanaşı qeyd edilir ki, sosial şəbəkə nümayəndələrinin dediklərinə görə, satirik kontenti (məsələn, The Onion saytı tərəfindən yaradılan və bu qəbildən olan) “cəzalandırmayacaqlar”.

Facebook-da statusların və paylaşımların moderasiya edilməyəcəyini və söhbətin senzuradan getmədiyini xüsusilə vurğulayıblar. Onlar silinməyəcək, sadəcə istifadəçilərin bu paylaşımları öz xəbər lentlərində görmə ehtimalı azalacaq. Amma “yumoristik saxta xəbərlərə” gəldikdə isə, sosial istifadəçilər onları tanıyır və nadir hallarda yalan kimi qeyd edirlər.



"Facebook"-dan növbəti yenilik
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.