Çində zürafə-insan əməliyyat olunacaq

08 Eylül 2014
1 558
0
Çində zürafə-insan əməliyyat olunacaq
Çində zürafə-insan əməliyyat olunacaq

Çinin 15 yaşlı sakini Fu Venquy anadangəlmə skolyozun ağır formasından əziyyət çəkir. Gəncin boyun fərəqəsi normal insanınkından 3 ədəd çoxdur. Nadir rast gəlinən anomaliya gəncin gəzməyinə mane olur və dəhşətli ağrılar verir. Həkimlər onun əməliyyat yolu ilə tezliklə bu bəladan xilas olub normal həyata dönə biləcəyini söyləyirlər.

Axar.az xəbər verir ki, gəncin atasının sözlərinə görə, oğlunun hər dəfə küçədə görünməyi böyük ajiotaj yaradır. Məktəbdə sinif yoldaşlarının yersiz reaksiyaları nəhayətdə onun təhsilinə də təsir göstərir. Həkimlər deyirlər ki, Fu Venquyun mübtəla olduğu skalyoz bu xəstəliyin adi formasından fərqli olaraq qamətinin əyriliyindən və ya qeyri-düzgün qidalanmasından asılı deyil. Normal insanın boynunda 7 fəqərə olduğu halda pasientdə 10 fəqərə var və bu onun sinirlərini sıxaraq yeriməyə qoymur. Funun əməliyyat nəticəsində normal həyata qovuşacağına ümid edirlər.

Artıq Pekin xeyriyyə cəmiyyətlərindən biri mürəkkəb əməliyyatın xərcini ödəməyi öz üzərinə götürüb. Onun hansı nəticələr verəcəyini isə zaman göstərəcək.

Redaktə etdi: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.