I-IV qruplar üzrə ərizə qəbulunun başa çatmasına 3 gün qalır

26 Nisan 2016
1 428
2
I-IV qruplar üzrə ərizə qəbulunun başa çatmasına 3 gün qalır
I-IV qruplar üzrə ərizə qəbulunun başa çatmasına 3 gün qalır

2016-2017-ci tədris ili üçün I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun başa çatmasına 3 gün qalır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ATV.az-a verilən məlumata görə, elektron ərizə qəbulu 28 aprel saat 23:59-dək davam edəcək. Hazırda elektron ərizə dolduranların sayı 73033, ərizələrini təsdiq edənlərin sayı isə 68983 nəfərdir. Xatırladaq ki, abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (I-IV qruplar üzrə eservices.tqdk.gov.az/erizebak/qrup1_4) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

"Abituriyentin elektron ərizəsi" forması doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər, ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü, 2013/2014-cü və 2014/2015-ci tədris illərində bitirən qız abituriyentlər, ilk peşə-ixtisas təhsili müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız abituriyentlər, 2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər.

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər. Xatırladırıq ki, qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. _afoRoz_
    -1 həftə əvvəl vermişəm 4`cü qrup üzrə inşallah yaxşı olar
  2. Princess
    vermişəm işimi,hər kəs üçün xeyirlisi olar inşAllah 13
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.