App Store bu ay 14 min ədəd əlavəni sildi

18 Kasım 2016
1 265
0
App Store bu ay 14 min ədəd əlavəni sildi
Bu ilin əvvəlindən “Apple” korporasiyası “App Store”dan orta hesabla aylıq 14 min ədəd əlavəni yığışdırıb.

Təkcə oktyabrda şirkət rekord müəyyən edərək onlayn mağazadan 47 min 300 ədəd əlavəni silib.

Problemli əlavələrin tərtibatçıları hələ sentyabr ayında bu barədə məlumatlandırılıblar. “Apple” onlara dəyişikliklər edilməsi üçün 30 gün vaxt verib. Əgər dəyişikliklər edilməyibsə, əlavə silinib.

Köhnəlmiş əlavələrin 28%-i oyunlar olub. Əyləncələr və kitab kateqoriyasından isə təxminən 9% əlavə siyahıdan çıxarılıb.

Qeyd edək ki, bundan əvvəl “Apple” şirkəti “App Store”dan köhnəlmiş və tam olaraq fəaliyyətini itirmiş, həmçinin “iOS” əməliyyat sisteminin son versiyaları ilə uyğun gəlməyən əlavələrin silinməsi barədə planlarını bildirib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.