“iPhone”un yaddaşını təmizləmək üçün gizli funksiya

25 Mayıs 2017
941
0
“iPhone”un yaddaşını təmizləmək üçün gizli funksiya
Mütəxəssislər "iPhone" smartfonlarının yaddaşının təmizlənməsinin yolunu tapıblar.

Feat.Az
lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər bütün dünya üzrə bir çox "Apple" istifadəçilərinə məxfi funksiyalar barədə danışıblar.

Müəyyən edilib ki, "iPhone" sahibləri heç bir çətinlik çəkmədən öz smartfonlarının yaddaşını təmizləyə bilərlər. Bunun üçün iOS əməliyyat sisteminin 10-cu versiyasına əlavə olunmuş məxfi funksiyadan istifadə etmək lazımdır.

Ekspertlər bildiriblər ki, "Musiqi" bölməsində "Saxlancın optimizasiyası" seçimi yerləşir və o, söndürülmüş vəziyyətdə olur. Bu funksiyanı aktivləşdirdikdən sonra istifadəçi yeni audioyazılar üçün yaddaşı təmizləmək imkanı əldə edir.

Belə bir sistem orijinal xüsusiyyətə - "ağıllı təmizləmə"yə malikdir ki, bu da uzun müddət dinlənilməyən faylları silərək təmizləyir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET