Avtomobil daxilində kondisoner də tənəffüs yolları xəstəliklərindən bronxit, sinusit və sətəlcəm, həmçinin göz və beyin iltihabı, adamcıq iltihabı, bəzi əzələ xəstəliklərinə yol aça bilər. Birbaşa üzə təmas edən kondisioner nadir də olsa, üz iflicinə səbəb ola bilər. Buna görə avtomobildə kondisionerdən istifadə zamanı üz və sinə bölgəsinə sərin havanın birbaşa gəlməsinin qarşısı alınmalı, kondisioner ön şüşəyə doğru yönləndirilməlidir. Həddindən artıq isti və ya nəm mühit avtomobil idarə edənlərin konsentrasiyasını və hadisələrə reaksiyasını poza bilər.
Unutmayın ki, kondisionerin məqsədi sizi deyil, olduğunuz məkanı sərinlətməkdi
lent.az