Möhkəm İMMUNİTET üçün 3 SUPER-MƏHSUL

02 Kasım 2017
2 168
0
Möhkəm İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
İmmun sisteminin yaxşı vəziyyətdə olması insanın ümumi sağlamlığında çox böyk rol oynayır.

İmmun sistemi orqanizmin daxili mühitinə nəzarət edərək bizi həm iltihab, həm şiş, həm allergik, həm də autoimmun xəstəliklərindən qoruyur.

İmmun sisteminin möhkəm olması bir çox amillərdən asılıdır və irsiyyət burada ən əsas rollardan birini oynayır. Yəni sadə dildə desək biz artıq zəif və ya möhkəm immunitetlə doğuluruq. Daha sonra isə xarici mühit, qidalanma, həyat tərzi immunitetə təsir edərək olun daha da zəiflədir və ya əksinə möhkəmləndirir.

Bəzi qida məhsulları var ki, bu məhsullar immun sisteminə xüsusilə müsbət təsir edir. Feat.Az sizi 3 belə məhsulla tanış edəcək.

1. Çobanyastığı çayı

Polifenol və bioflavonoidlərlə olduqca zəngin olan çobanyastığı immun sistemini həqiqətən daha möhkəm edir, orqanizmdə iltihabları azaldır, mikrob əleyhinə təsir edir. Həmçinin çobanyastığı bağırsaqlara və sinir sisteminə də çox müsbət təsir edir ki, bu da immunitetin möhkəmləmsində böyük rol oynayır. Çobanyastığı çayı orqanizmə istənilən sitrus meyvələrindən daha güclü immunstimullaşdırıcı təsir edir.
Çobanyastığı çayını hazırlamaq üçün 1 ç.q. otu 250 ml isti suda 30 dəqiqə ərzində dəmləmək lazımdır.

2. Duzlu kələm

Duzlu kələm təbii prebiotik və probiotikdir. Prebiotiklər bağırsaqlarda xeyirli mikroorqanizmlərin çoxalmasına kömək edir. Probiotiklər isə, sadə dildə desək, faydalı mikrofloranın özüdür. Beləliklə, duzlu kələm bağırsaqların mikroflorasını bərpa etmək və saxlamaq üçün əvəzsiz məhsuldur.
İmmun sisteminin vəziyyəti bağırsaq mikroflorası ilə birbaşa bağlıdır. Mikroflora pozulduqda (bu zaman ziyanlı bakteriyalar çoxalır, faydalı bakteriyalar isə azalır) immun sistemi zəifləməyə başlayır.

3. Bal

Bal unikal məhsuldur, təbiətin bizə bəxş etdiyi möcüzədir. Balın faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitməz. Bal bütün orqanizmə və o cümələdən immun sisteminə olduqca müsbət təsir edir, soyuqdəymə və qrip xəstəliklərinin riskini azaldır, iltihablarla mübarizə edir.

saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.