Sanatoriya tipli bağçalar yaradılacaq

12 Kasım 2014
1 368
0
Sanatoriya tipli bağçalar yaradılacaq
Sanatoriya tipli bağçalar yaradılacaq

Azərbaycanda məktəbəqədər yaşda olan zəif və tez-tez xəstələnən uşaqların sağlamlığının möhkəmləndirilməsi məqsədilə sanatoriya tipli bağçaların yaradılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.

Bu tədbirin İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti oqranları ilə birlikdə gələn il ərzində həyata keçirilməsi planlaşdırılır.

Layihədə qeyd edilir ki, ünvanlılıq prinsipi əsasında yoxsul ailələrdə körpə və erkən yaşlı uşaqlar üçün pulsuz uşaq qidasının verilməsini təmin ediləcək.

Bununla yanaşı, uşaq qidasının istehsalı üzrə milli sənaye potensialının yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək. Uşaq təhsil-tərbiyə müəssisələrinə gedən uşaqların qidalanmasına, sağlamlığının möhkəmləndirilməsinə və xəstələnmə hallarının azaldılmasına yönəldilən tədbirlərin təşkilinə nəzarət gücləndiriləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.