...bu dünyada yaşamağa dəyərmiş...

21 Şubat 2015
1 485
0
...bu dünyada yaşamağa dəyərmiş...
...bu dünyada yaşamağa dəyərmiş...



Fikirlərin anasıdır bu dünya,
Bu dünyada yaşamağa dəyərmiş.
Arzuların aynasıdır bu dünya,
Bu dünyada yaşamağa dəyərmiş.

Yollarımda neçə nakəs ağladı,
Qınamadım dedim uşaq ağlıdı.
Bir sevgiyə min ümid ki,bağlıdır
Bu dünyada yaşamağa dəyərmiş.

Hələ qəlbim məhəbbətdə naşıdır,
Hələ qəlbim gözlərimdən yaş udur.
Yaradanı yaratdığı yaşadır,
Bu dünyada yaşamağa dəyərmiş.


Sevirəm de! Bir ömürlük o bəsim,
Ey qəlbimin ilki,sonu,bircəsi.
Qəlb ki,belə əziz bilir bir səsi
Bu dünyada yaşamağa dəyərmiş.



Müəllif:Ruslan Talıb



...bu dünyada yaşamağa dəyərmiş...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.